Prime Cotton
Ana səhifə
/
/
/
Kipaçma operatoru (Mingəçevir)

Kipaçma operatoru (Mingəçevir)

15-04-2025

177

Təsvir

  • Mahlıc kiplərinin məftillərinin təhlükəsiz açılışını təmin etmək;
  • Təyin olunmuş lot üzrə ayrılmış mahlıc kiplərinin öncədən hazırlanmış reseptə uyğun olaraq harman sahəsinə düzgün düzülüşünü təmin etmək;
  • Harman açılışından sonra yaranmış məftil və parça tullantılarının səliqəli şəkildə çeşidinə görə ərazidən çıxarıb təhvil vermək;
  • Fərdi mühafizə vasitələrindən (qoruyucu sipər və qoruyucu dəri önlük daxil olmaqla) istifadə etmək;
  • Gigiyenik və nizamlı iş mühiti yaratmaq üçün obyektin təmizliyini və qaydasını təmin etmək;
  • İstehsalat prossesinin gedişatına və hansı prossesin hansı həcmdə getməyinə diqqət yetirmək;
  • Fərdi mühafizə vasitələrinin istifadəsinə, təhlükəsizlik tədbirlərinə diqqət yetirməklə, avadanlığın təmizliyini fasiləsiz surətdə aparmaq;
  • Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək;
  • İş vaxtı aidiyyatı iş yerində olmaq, verilən tapşırığın düzgün və təhlükəsiz yerinə yetirmək;
  • İstehsalat prossesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək.

 

 

Tələblər

Təhsil:

  • Orta təhsil.


Təcrübə:

  • Müvafiq sahə üzrə təcrübə arzuolunandır.


Texniki bilikləri:

  • Avadanlıqları tənzimləmə qaydalarını bilməlidir;
  • Keyfiyyət və təmizlik parametrlərini bilməlidir;
  • Əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.


Fərdi keyfiyyət və bacarıqlar:

  • Komandada işləmə bacarığı;
  • Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
  • Təşəbbüskar;
  • Yeni ideyalar təklif etmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Düzgünlük.


Vakansiya haqqında

Son tarix

May 14, 2025

Paylaşılıb

aprel 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı