Prime Cotton
Ana səhifə
/
/
/
Nəqliyyat çilingəri (Ağcabədi)

Nəqliyyat çilingəri (Ağcabədi)

  • Prime Cotton
  • Ağcabədi şəhər, Ü.Hacıbəyli p-ti 257
  • Tam ştat

Dünən

42

Təsvir

  • İşə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmaq və təmir prosesinə hazırlaşmaq.
  • Kənd təsərrüfatı texnikalarında yoxlama aparmaq, nasazlıqları aşkar edib aradan qaldırmaq.
  • Texnikalara müəyyən edilmiş intervallarda mütəmadi texniki baxış keçirmək və təhlükəsiz istismarı təmin etmək.
  • Gündəlik istifadə olunan nəqliyyat vasitələrini yoxlamaq və lazım olan təmir işlərini yerinə yetirmək.
  • Təmir işlərini planlı şəkildə təşkil etmək və istifadə olunacaq alət-avadanlıqların saz vəziyyətini yoxlamaq.
  • Qüsurlu, köhnəlmiş və ya təhlükəli hissələri vaxtında dəyişdirmək, təmir etmək və ya bərkitmək.
  • Mexaniki hissələrin sökülməsi, yoxlanılması və texniki vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək.
  • Lazım olduqda yoxlama cihazlarından istifadə edərək texnikanın texniki vəziyyətini müəyyənləşdirmək.
  • Texnikaların düzgün işləməsi üçün təmizləmə, yağlama və bərkitmə işlərini aparmaq.
  • İş sahəsini təmiz və təhlükəsiz saxlamaq, tullantıları müəssisə qaydalarına uyğun şəkildə uzaqlaşdırmaq.
  • Qurğu, alət və avadanlıqları düzgün saxlamaq və yerləşdirmək.
  • Müəssisədaxili prosedur, təlimat və qaydalara riayət etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
  • Fərdi mühafizə vasitələrindən — maska, əlcək, qoruyucu eynək, qulaqcıq, çəkmə və xüsusi geyimdən istifadə etmək.
  • İş yerində təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, təhlükəli halları dərhal rəhbərliyə bildirmək.
  • Kimyəvi maddələrlə işləyərkən xüsusi təhlükəsizlik tədbirlərinə riayət etmək, ətraf mühiti qorumaq və SƏTƏM təlimlərində iştirak edib bilikləri tətbiq etmək. 


Tələblər

  • Təhsil: Orta təhsil.
  • Təcrübə: Minimum 1 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dili.
  • Nəqliyyat vasitələrinin detal və hissələrinin bərpa üsullarını bilməli.
  • Avadanlıqların işləyən hissələri və detalları üçün yol verilən yükləri bilməli.
  • Nasazlıq, sınma və qəzaların qarşısının alınması üçün profilaktik tədbirləri tətbiq etməyi bacarmalı.
  • Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilməli.
  • İstehsalat avadanlıqları ilə işləmək təcrübəsinə malik olmalı.
  • Məsuliyyətli, işgüzar, dürüst və çevik olmalı.
  • Komandada işləmək, komanda üzvləri ilə effektiv ünsiyyət qurmaq və gərgin iş rejimində çalışmaq bacarığına malik olmalı.

Vakansiya haqqında

Son tarix

June 11, 2026

Paylaşılıb

may 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı