İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq:
Kənd təsərrüfatı texnikalasının istismarı və təmir prosesində yoxlama zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması
Kənd təsərrüfatı texnikasına təyin olunmuş intervalda mütəmadi baxış keçirmək;
Kənd təsərrüfatı texnikasının və digər aqreqatların təmiri, baxımı və təhlükəsiz şəkildə istismarının təmin edilməsi;
Gündəlik olaraq istismar olunan bütün nəqliyyat vasitələrinin yoxlanılması və lazımi təmir işlərinin icra edilməsi;
Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq;
İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
Mexaniki komponentlər və ya hissələri yaxşı vəziyyətdə saxlamaq və/və ya təmir etmək:
Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək;
Texniki vəziyyəti dəqiqləşdirmək məqsədi ilə lazım olduqda yoxlama cihazlarından və avadanlıqlarından istifadə etmək;
Kənd təsərrüfatı texnikalarının,qoşqu,aqreqat və digər avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
Tələblər
İşçi vəzifə təlimatına müvafiq üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə görə tam məsuliyyət daşıyır;
İşçi ona həvalə edilmiş iş alətləri,əşya və avadanlıqların qorunub saxlanmasından məsuldur;
İşçi ilə işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanır;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etməlidir;
İşçinin təqsiri üzündən işəgötürənə vurulan maddi və/və ya mənəvi ziyan müəyyən olunmuş qaydada ödənilməlidir;
Kommersiya sirri sayılan məlumatların gizli saxlanılması.