Prime Cotton
Ana səhifə
/
/
/
Növbə ustası (İmişli)

Növbə ustası (İmişli)

Bu gün

46

Təsvir

  • İstehsal prosesinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini, məhsulun müəyyən olunmuş nomenklatura üzrə istehsalını təmin etmək;
  • Avadanlıqların tam gücü ilə işləməsi, əmək məhsuldarlığının artırılması, material, enerji və yanacağın səmərəli istifadəsinə nəzarət etmək;
  • Növbə üzrə istehsalatın vaxtında hazırlanmasını, fəhlələrin və çilingərlərin düzgün yerləşdirilməsini təşkil etmək;
  • Texnoloji proseslərə riayət olunmasına nəzarət etmək, pozuntuların səbəblərini operativ aşkarlamaq və aradan qaldırmaq;
  • İstehsalat rejiminin və qrafiklərinin təkmilləşdirilməsində iştirak etmək;
  • Buraxılan məhsulun keyfiyyətinə nəzarət etmək, zay məhsulun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
  • Sahənin yenidən qurulması və modernizasiyası ilə bağlı tamamlanmış işlərin, texnoloji avadanlıqların təmirinin qəbulunda iştirak etmək;
  • Əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işlərin təşkili və icrasında iştirak etmək;
  • Fəhlələrin və çilingərlərin istehsal normalarına əməl etməsinə nəzarət etmək, işlərin ahəngdar gedişini təmin etmək;
  • İstehsalat təlimatları ilə işçiləri tanış etmək və onların əməl etməsini nəzarətdə saxlamaq;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına ciddi əməl olunmasını təmin etmək;
  • Avadanlıqların və alətlərin texniki istismar qaydalarına riayət olunmasına nəzarət etmək.

Tələblər

  • Təhsil: Texniki və ya mühəndislik sahəsində ali və ya orta ixtisas təhsili;
  • Təcrübə: İstehsalat sahəsində, xüsusən də kənd təsərrüfatı və ya yüngül sənaye müəssisələrində ən azı 3 il iş təcrübəsi;
  • İstehsal proseslərinin təşkili və idarə olunması, texnoloji proseslər və avadanlıqların iş prinsipləri barədə biliklər;
  • İstehsalatda əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya normaları üzrə biliklərə malik olmaq;
  • Komandaya rəhbərlik etmək, işçi heyəti koordinasiya etmək və motivasiya bacarıqları;
  • Problem həll etmə, operativ qərar vermə və istehsalat prosesində riskləri vaxtında müəyyənləşdirmə bacarığı;
  • Yüksək məsuliyyətlilik, təşkilatçılıq, intizamlılıq və dəqiqlik;
  • Növbəli iş rejimində işləmək imkanı.

Vakansiya haqqında

Son tarix

December 17, 2026

Paylaşılıb

noyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Orta səviyyəli

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı