Risklərin təhlili və onların təhlükə ehtimalının qiymətləndirilməsi
Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi
Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi
Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulması və nəzarətin təmin edilməsi
Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili
Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili
Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası
Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması
Bərpaedici tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək
"Prime Cotton" MMC qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədlər, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisalarının hazırlanması
Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin və məntiqi analizlərin aparılması üçün risk səviyyəsinin dəyərləndirilməsi hesabatlarının hazırlanmasına müvafiq baza yaratmaq
Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq
Səriştələr:
Məsuliyyətlilik
Şəxsi inkişafa meyillilik
Pozitivlik
Özünütəşkiletmə qabiliyyəti
Nailiyyət yönümlülük
Etibarlılıq
Dürüstlük
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında müəyyən edilir
Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur
İş qrafiki: Bazar ertəsi–Cümə (09:30–18:30)
İş yeri: Bakı şəhəri, Qafqaz Business Center
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Tələblər
Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 3 il iş təcrübəsi;
Azərbaycan dilində əla, ingilis və rus dillərində yaxşı səviyyədə bilik;
Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli bacarığı;
Excel; Power BI bilikləri;
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Analitik təhlil etmə qabiliyyəti;
Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.