Prime Cotton
Ana səhifə
/
/
/
SƏTƏM üzrə mütəxəssis (Mingəçevir)

SƏTƏM üzrə mütəxəssis (Mingəçevir)

Dünən

294

Təsvir

  • Şirkətin SƏTƏM strategiyasına uyğun fəaliyyətin təşkili və həyata keçirilməsini təmin etmək;
  • Şirkət daxilində SƏTƏM mədəniyyətini formalaşdırmaq və işçiləri koordinasiyalı şəkildə proseslərə cəlb etmək;
  • İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitini, yerli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin etmək;
  • Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət mexanizmlərini qurmaq və effektiv şəkildə izləmək;
  • İstehsalatda istifadə olunan avadanlıqların və qurğuların təhlükəsiz istismarını təmin etmək;
  • Davamlı yaxşılaşdırma proseslərinə dəstək məqsədilə tədbirləri planlaşdırmaq və tətbiq etmək;
  • Tullantıların idarə olunması prosesini mövcud qanunvericilik və beynəlxalq standartlara uyğun tənzimləmək, hesabatlılıq mexanizmlərini qurmaq;
  • SƏTƏM üzrə aidiyyəti struktur bölmələrdən məlumatları toplamaq və baş ofisə mütəmadi hesabat təqdim etmək;
  • Dövlət qurumları ilə əlaqələr qurmaq və fəaliyyəti müvafiq qanunvericiliyə uyğun təşkil etmək;
  • Sənədləşdirilmiş məlumatların idarə olunması prinsiplərinə uyğun olaraq məlumat bazası yaratmaq və mövcud məlumatları təhlil edərək inkişaf üçün tövsiyələr hazırlamaq;
  • İllik plan əsasında daxili auditlərin keçirilməsi, xarici auditlərdə iştirak və aşkar edilən uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin planlaşdırılması;
  • Uyğunsuzluqlar üzrə kök səbəb analizləri aparmaq və nəticələri sənədləşdirmək;
  • İşçilərin bilik və bacarıqlarının yoxlanılması prosesini təşkil etmək;
  • Yeni işçilər üçün giriş (intro), yanğın təhlükəsizliyi və planlı SƏTƏM təlimlərini təşkil və həyata keçirmək;
  • İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və qarşısının alınması üçün tədbirlər görmək.

Tələblər

Təhsil:

  • Müvafiq sahə üzrə bakalavr təhsili (mühəndislik, ətraf mühit, kimya, biologiya, texniki təhlükəsizlik və s.);
  • Magistr təhsilinin olması üstünlükdür.


Sertifikatlar:

  • ISO standartları üzrə məlumatlandırma və ya daxili auditor sertifikatları:
  • ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi,
  • ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə Sistemi,
  • ISO 45001:2018 – Əməyin Mühafizəsi və Təhlükəsizlik İdarəetməsi Sistemi,
  • ISO 17025:2017 – Sınaq və Kalibrləmə Laboratoriyalarının Yeterliliyi.
  • Yanğın təhlükəsizliyi, ilkin tibbi yardım və digər aidiyyəti sahələr üzrə sertifikatların olması əlavə üstünlükdür.


İş təcrübəsi:

  • Müvafiq sahədə minimum 1 ilə qədər iş təcrübəsi tələb olunur;
  • Təcrübəsi az olan, lakin potensiallı namizədlər də dəyərləndirilə bilər.


Bacarıq və şəxsi keyfiyyətlər:

  • Müstəqil qərarvermə qabiliyyəti;
  • Liderlik və komandada koordinasiyalı işləmək bacarığı;
  • Tapşırıqları sərbəst şəkildə planlama və icraetmə bacarığı;
  • SƏTƏM prinsiplərinə həssas yanaşma və operativlik.


Vakansiya haqqında

Son tarix

September 19, 2025

Paylaşılıb

avqust 20, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya here

Dövlət və sosial xidmətlər