Prime Cotton
Ana səhifə
/
/
/
Sürücü (Sabirabad)

Sürücü (Sabirabad)

Dünən

96

Bağlanılıb

Təsvir


  • Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması;
  • Avtomobilin texniki vəziyyətinin yoxlanılması və əraziyə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
  • İş zamanı qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
  • Avtomobilin vaxtaşırı servislərdə texniki vəziyyətinin yoxlanılması;
  • Ehtiyac yarnan zaman aqronomlar, anabardarlar və digər filial əməkdaşlarının əraziyə, digər filiallara aparılması;
  • Filial rəhbərinin digər göstərişləri. 


Tələblər

  • Xidmət edilən avtomobillərin təyinatı, quruluşu və işləmə prinsipini bilməli;
  • Avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını bilməlidir;
  • Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını bilməlidir;
  • Akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını bilməlidir;
  • Avtomobilin idarə olunması zamanı onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu bilməlidir.


Vakansiya haqqında

Son tarix

aprel 5, 2025

Paylaşılıb

fevral 24, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Xidmət sahələri