Prime Cotton
Ana səhifə
/
/
/
Təhsil müəssisələri ilə əməkdaşlıq üzrə mütəxəssis

Təhsil müəssisələri ilə əməkdaşlıq üzrə mütəxəssis

  • Prime Cotton
  • Qafqaz Business Center, AZ1029, 95 Heydər Əliyev Prospekti, Bakı 1029, Azərbaycan
  • Tam ştat

Dünən

380

Təsvir

  • Aqronomiya, Mühəndislik və şirkətimiz üçün maraq kəsb edən digər sahələr üzrə ali və orta peşə təhsili müəssisələri ilə münasibətləri qurmaq və onları daim yüksək səviyyədə saxlamaq;
  • Karyera mərkəzləri ilə sıx işləyərək karyera imkanlarımız haqqında məlumat vermək və nəticə etibarı ilə ən istedadlı tələbə və məzunları şirkətimizə işə cəlb etmək;
  • Ali və orta peşə təhsili müəssisələrinin tələbə və məzunları arasında şirkətimizin təbliğatını aparmaq (şirkətimiz haqqında məlumat xarakteri daşıyan təqdimatları keçirmək);
  • Ali və orta peşə təhsili müəssisələri ilə birgə DUAL proqramlarının reallaşdırılmasında iştirak etmək və bu prosesə nəzarət etmək;
  • Ali və orta peşə təhsili müəssisələrində kənd təsərrüfatı üzrə tədris olunan proqramların təkmilləşdirilməsini təşkil etmək;
  • Bakı və regionlarda yerləşən ali və orta peşə təhsili müəssisələri tərəfindən təşkil olunan əmək yarmarkalarında iştirak etmək;
  • Ali və orta peşə təhsili müəssisələrinin tələbələrinin və müəllimlərinin şirkətimizə tanışlıq xarakteri daşıyan səfərləri təşkil etmək;
  • İstedadlı və perspektivli tələbələri istehsalat təcrübəsinə və şirkətimizin layihələrinə cəlb etmək;
  • Təhsili müəssisələri ilə əməkdaşlığa dair digər təhsil və təcrübə layihələrinin təşkilində və reallaşdırılmasında fəal iştirak etmək;
  • Təhsil müəssisələri ilə sıx işləyərək hər iki tərəfin intelektual və maddi-texniki bazasından səmərəli istifadə edərək qarşılıqlı maraq kəsb edən müxtəlif layihələri və tədbirləri təşkil etmək.    


Tələblər

  • Təhsil: Ali (texniki təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili sərbəst (Rus və İngilis dilləri arzuolunandır);
  • Şəxsi keyfiyyətlər: kreativ, yeniliklərə açıq, nəticəyönümlü, təşkilatçılığı, ünsiyyət və təqdimat bacarıqları yüksək səviyyədə olmalıdır;
  • İş təcrübəsi: təlim, tədris, təhsil, karyera və istedadların/personalın inkişafı sahələrində təcrübə önəmlidir (minimum 1 il).


Əlavə məlumat:


  • Namizəd ezamiyyələrə açıq olmalıdır;
  • Sürücülük vəsiəqsi olmalıdır.


Vakansiya haqqında

Son tarix

May 31, 2025

Paylaşılıb

may 1, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Təhsil