Şirkətin inzibati binasının idarə olunmasını təmin etmək, texniki, inzibati və təmir işlərinə nəzarət etmək;
İş sahələrinə uyğun təminat və təchizat ehtiyaclarını proqnozlaşdırmaq, malların və ləvazimatların sifarişini, alınmasını və paylanmasını təşkil etmək;
Ümumi təsərrüfat mallarının dövriyyəsini həyata keçirmək;
“Qafqaz Biznes Mərkəzi”nin köməkçi və xidməti sahələrində avadanlıq və qurğuların işlək vəziyyətdə olmasını təmin etmək, təmir və texniki baxım prosesini idarə etmək;
İcarəçi sahələrində təmir, tikinti, daşınma və quraşdırma işlərini icra və nəzarət etmək;
Binada yaranan texniki nasazlıqları vaxtında aradan qaldırmaq;
Təchizat və materialların vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
Texniki heyətin iş qrafikini tərtib etmək və fəaliyyətinə nəzarət etmək;
Təhlükəsizlik standartlarına və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək;
Müvafiq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Əlaqədar bölmələrlə effektiv əməkdaşlıq və koordinasiya aparmaq.
Tələblər
Ali və ya orta texniki təhsil;
Təsərrüfat sahəsində minimum 2 illik iş təcrübəsi;
Texniki avadanlıqlar və onların işləmə prinsipləri barədə biliklər;
Planlaşdırma və təşkilatçılıq bacarığı;
Komandada işləmə və idarəetmə bacarığı;
Problemləri həll etmə və qərarvermə qabiliyyəti;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları üzrə biliklər;
Azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür.