Traktor idarə etmə hüququ verən vəsiqə, Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır;
Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir;
İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli;
Zavodun rəhbərliyinin göstərişlərini operativ çəkildə yerinə yetirməli;
Traktorda kənar şəxslərin olmasına yol verməməli;
Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək, traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək;
Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək;
Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etmək;
Traktora onun qoşqu, lafetinə adam mindirmək, lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır.
Tələblər
Təhsil: Tam orta və ya texniki peşə məktəbi.
Təcrübə: Analoji sahədə minimum 1 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dili.
Sənədlər: Traktor idarə etmə hüququ verən vəsiqə; iş zamanı tələb olunduqda etibarnamə və/yaxud yol vərəqəsi.
Peşəkar bilik və bacarıqlar: Traktorun mexanizmlərini və təhlükəsizlik cihazlarını işə başlamazdan əvvəl yoxlama, əyləc və digər sistemlərin sazlığını nəzarətdə saxlama, aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak, yükləmə/daşıma və aqrotexniki işləri normativlərə uyğun icra etmə.
Normativ və təhlükəsizlik tələbləri: Əmək Məcəlləsi, müəssisənin daxili normativ sənədləri, texnoloji reqlament və təlimatları, həmçinin texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli və işində rəhbər tutmalıdır.