Prime Cotton

Traktorçu (Saatlı)

Dünən

95

Təsvir



  • Traktor idarəetmə hüququ verən vəsiqə, etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır;
  • Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
  • Traktorda aşkar olunmuş texniki nasazlıqların aradan qaldırılmasında iştirak edir;
  • İşə başlamazdan əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
  • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
  • Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlara ciddi riayət etməlidir;
  • Zavod rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirməlidir;
  • Traktorda kənar şəxslərin olmasına yol verməməlidir;
  • Traktora yükləmə işləri aparılarkən təhlükəsizlik qaydalarına riayət etməli, mövcud yükqaldırma qabiliyyətindən artıq yüklənməsinə yol verməməlidir;
  • Traktoru idarə edərkən sürət həddinə ciddi riayət etməlidir;
  • Traktorla aqrotexniki işlər aparılarkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etməlidir;
  • Traktora və ya onun qoşqu və lafetinə adam mindirmək, həmçinin lafeti insanların daşınması üçün istifadə etmək qəti qadağandır;
  • Dərman səpən qurğularda dərman yalnız aqronom və ərazi nümayəndəsinin iştirakı ilə hazırlanmalı, münasib Fərdi Mühafizə Vasitələrindən (FMV) istifadə edilməlidir;
  • HSE/02/054 “Traktorçu üçün Əməyin Mühafizəsi Təlimatı”nda göstərilən təhlükəsizlik qaydalarına riayət etməlidir.

Tələblər

  • Traktor idarəetmə hüququ verən vəsiqəyə malik olmalıdır;
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsinə malik olmalıdır;
  • Bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Vakansiya haqqında

Son tarix

October 14, 2025

Paylaşılıb

sentyabr 4, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Digər

Kateqoriya here

Sənaye və Kənd Təsərrüfatı