"Qala Sığorta" ASC
Ana səhifə
/
/
/
Müştəri məmnuniyyəti və Çağrı mərkəzinin mütəxəssisi

Müştəri məmnuniyyəti və Çağrı mərkəzinin mütəxəssisi

Dünən

396

Təsvir

Vəzi̇fə və öhdəli̇klər:


·       Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını həyata keçirmək;

·       Daxil olan müraciətlər cavablandırılarkən Şirkətin elektron informasiya sistemində müvafiq qeydlər aparmaq;

·       Daxil olan zəngləri seqmentləşdirərək əlaqəli struktur vahidinə yönləndirmək;

·       Müştəri məmnuniyyətinin təmin olunması məqsədlərinə nail olmaq üçün müştərilərdən geridönüşlər almaq;

·       Daxil olan sorğuları yazılı cavablandırmaq;

·       Buraxılmış zənglərə geridönüşlər etmək.


Tələblər

Tələb edilən bilik, bacarıq və təcrübə:


·       Ali və ya orta təhsil (ali təhsilə üstünlük verilir);

·       Azərbaycan və rus dillərində səlis danışmaq, baza ingilis dili biliyi arzuolunandır;

·       MS Office proqramlarında işləmək bacarığı;

·       Vaxtın idarəedilməsi bacarığı;

·       Ünsiyyət bacarığı;

·       Dinləmək bacarığı;

·       Stressə davamlılıq;

·       Operativlik;

·       Yeniliklərə açıq;

·       Konstruktiv əlaqələr qurmaq bacarığı;

·       Nəticəyə nail olmaq;

·       Məntiqi təfəkkür;

·       İntizamlılıq və tez öyrənmə bacarığı;

·       Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlılıq üstünlükdür;

·       Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

January 28, 2026

Paylaşılıb

dekabr 19, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Siğorta və Lizinq xidmətləri