Risklərin idarə edilməsi sisteminin effektiv şəkildə işləməsi məqsədilə Direktorlar Şurasına, İdarə Heyətinə və digər nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrə zəruri köməklik göstərmək;
Sığortaçının ümumi risk profilinin və risklərin idarə edilməsi sisteminin monitorinqini aparmaq;
Riskə məruz qalma halları, eyni zamanda risk idarə edilməsi ilə bağlı strateji məsələlər, o cümlədən strateji plan, sığortaçının yenidən təşkili, böyük ölçülü layihələr və investisiyalar barədə Direktorlar Şurası və İdarə Heyətini ətraflı şəkildə məlumatlandırmaq və məsləhətlər vermək;
Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaq;
Riskin ölçülməsi modellərinin dizaynı, seçilməsi, tətbiqi və ilkin təsdiqi prosesində iştirak etmək, müvafiq modelləri mütəmadi olaraq nəzərdən keçirmək və lazımi dəyişiklikləri etmək;
Sığortaçının istifadə etdiyi riskin ölçülməsi modellərindən əldə olunan hesablama nəticələri üzrə təhlillər aparmaq və dövri hesabatlar hazırlamaq;
Risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
Sığortaçının maliyyə dayanıqlılığı ilə bağlı təhlillər aparmaq;
Riski müşahidə edən və vaxtında tədbirlər görən erkən xəbərdarlıq sistemlərinin yaradılması və istifadəsini həyata keçirmək;
Hər bir struktur bölmə üzrə yarana biləcək riskin limitlərini qruplaşdırmaq və sığortaçı üzrə ümumi müəyyən edilmiş limitlərə uyğunluğunun monitorinqini aparmaq;
Motivasiya məqsədli mükafatların müəyyən edilməsindən yaranan risklərin monitorinqini aparmaq.
İş şərtləri:
İş qrafiki: 09:00 – 18:00
Tələblər
Təhsil: Ali. (İqtisadiyyat və ya maliyyə sahəsi üzrə)
Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
Səlis danışıq qabiliyyəti;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 4 il təcrübə (risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə)