
Komandamızın genişlənməsi ilə əlaqədar olaraq Satış Meneceri vəzifəsi üzrə işə qəbul elan edirik! Əgər siz yüksək gəlir əldə etmək, karyera qurmaq və daim inkişaf etmək istəyirsinizsə, bizimlə işləmək sizin üçün mükəmməl fürsət olacaq!
QALAN - Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda və Rusiyada və Ərəb ölkələrində tanınan, müasir onlayn təhsil platformasıdır. Riyaziyyat sahəsində təhsil verərək 60,000-dən çox şagirdə xidmət göstərmişik. Missiyamız — şagirdlərə daim inkişaf edən təhsil imkanları təqdim edərək onların müvəffəqiyyətini təmin etməkdir. Bizimlə birlikdə bu uğurlu yolun bir parçası olmaq istəyərdinizmi?
● QALAN platformasında müştərilərə təhsil xidmətlərinin təqdimatı və satışı
● Gələn müraciətlərin operativ şəkildə qəbulu və emalı
● İsti müraciətlər və mövcud müştəri bazası ilə effektiv əməkdaşlıq
● CRM sistemində müştəri məlumatlarının və görülən işlərin düzgün qeydiyyatı
● Satış planının yerinə yetirilməsi və nəticəyönlü fəaliyyət
Əsas tələblər:
● Güclü ünsiyyət və təqdimat bacarığı
● Məqsədyönlü olmaq və yüksək gəlir əldə etməyə motivasiya
● Satış və inandırma bacarıqları
● Məsuliyyətli, diqqətli və stressə davamlı olmaq
● Azərbaycan dilində sərbəst danışıq
Arzuolunandır:
● Rus dili biliyi
● CRM sistemləri ilə işləmək bacarığı
● Satış sahəsində təcrübə (1 ilə qədər və ya daha çox üstünlükdür)
● Əmək haqqı: (Sabit maaş + yüksək bonuslar )
● Karyera yüksəlişi və şəxsi inkişaf imkanları
● Rəsmi əmək müqaviləsi
● Korporativ mühit və komanda dəstəyi
● Təlimlər, timbildinqlər və motivasiyaedici tədbirlər
● İnnovativ və sürətlə inkişaf edən IT şirkətində iş
● İş qrafiki: 10:00 – 19:00, 6 günlük iş rejimi
Son tarix
August 13, 2026
Paylaşılıb
iyul 15, 2026
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
Gənc mütəxəssis