QALAN — riyaziyyat fənni üzrə interaktiv tədrisə yönəlmiş, Qazaxıstanda tanınmış onlayn təhsil portalıdır. Şirkət 5 ildən artıqdır ki, fəaliyyət göstərir və bu müddət ərzində 50.000-dən çox şagirdə tədris xidməti göstərmişdir. Hal-hazırda QALAN fəaliyyət miqyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Misirdə uğurla təqdim olunur. Missiyamız — davamlı uğura nail olmaq və şagirdlər üçün təhsil imkanlarını daim inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
•Satış şöbəsinin əməkdaşlarının təlim və peşəkar inkişaf prosesinin təşkil olunması;
•AmoCRM sistemində effektiv işləmə bacarığı;
•Satış planının icrasına nəzarət və yerinə yetirilməsinin təmin edilməsi;
•Komandanın müəyyən hissəsinin idarə olunması və rəhbərliyi;
•Tapşırıqların bölüşdürülməsi, komanda üzvlərinin motivasiyası və inkişafına dəstək göstərilməsi;
•İdarəetmə proseslərinin optimallaşdırılması və səmərəli fəaliyyətin təşkili;
•Satış göstəricilərinin analizi və rəhbərlik üçün analitik hesabatların hazırlanması.
İş şəraiti:
•Əldə olunan nəticələrə əsasən rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
•İş qrafiki: 6 iş günü / 1 istirahət günü, saat 11:00-dan 19:00-a qədər;
•Peşəkar, mehriban və motivasiyalı komanda ilə əməkdaşlıq imkanı;
•Şirkətin inkişafına töhfə vermək və şəxsi təşəbbüslərlə fərqlənmək üçün geniş imkanlar.
Namizədə tələblər:
•Satış sahəsində və komanda idarəçiliyində minimum 1 il iş təcrübəsi;
•CRM sistemləri ilə işləmək bacarığı;
•Satış skriptləri və KPI-ların hazırlanması və tətbiqi üzrə bilik və təcrübə;
•Strateji düşünmə qabiliyyəti və operativ qərarvermə bacarığı;
•Yüksək səviyyədə kommunikasiya, liderlik və komanda ruhunu ilhamlandırmaq bacarığı;
•Azərbaycan və rus dillərini sərbəst bilmə.
Son tarix
August 6, 2025
Paylaşılıb
iyun 27, 2025
Vakansiya növü
Tam ştat