Ölkənin aparıcı banklarından biri olan Rabitəbank ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.
Əsas vəzifələr
- Yeni kart məhsulları və servisələrinin hazırlanması və istifadəyə verilməsi layihələrində iştirak;
- Kart biznesinin inkişafı üzrə layihələrin müşayiəti;
- Ödəniş sistemləri prosessinq mərkəzləri və daxili struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq;
- Kart məhsulları və servislərinin sazlanması, test edilməsi və düzgün işləməsinin yoxlanılması;
- Kart əməliyyatlarının monitorinqi, səhvlərin aşkar olunması və aradan qaldırılması;
- Hesabatların, analitik məlumatların və texniki sənədlərin hazırlanması;
- Yeni funksionallıqların tətbiqi və mövcud proseslərin təkmilləşdirilməsində iştirak;
- Məhsulların ödəniş sistemlərinin tələblərinə və daxili prosedurlara uyğunluğuna nəzarət;
- Kart istiqaməti üzrə inteqrasiya və texniki layihələrdə iştirak.