"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Məhsul Sahibi (Product Owner) üzrə Təcrübə Proqramı

Məhsul Sahibi (Product Owner) üzrə Təcrübə Proqramı

Bu gün

75

Təsvir

“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamenti üzrə Məhsul Sahibi (Product Owner) istiqamətində 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!

Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərində iştirak etmək və peşəkar inkişaf yolunda irəliləmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür!

 


Təcrübə nələri əhatə edir:

  •  Peşəkar təlimlər (nəzəri və praktiki)
  •  Baş ofis və filiallarda real təcrübə imkanı
  •  Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq
  •  Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti



  • Məhsul üzrə yeni funksionallıqların və təkmilləşdirmələrin müəyyən edilməsində iştirak etmək.
  • İstifadəçi ehtiyaclarını araşdırmaq və onların biznes tələblərinə çevrilməsinə dəstək göstərmək.
  • User Story-lərin və ilkin Acceptance Criteria-ların hazırlanmasında iştirak etmək.
  • Məhsul üzrə tapşırıqların prioritetləşdirilməsinə dəstək vermək.
  • Product Backlog-un formalaşdırılması və yenilənməsində iştirak etmək.
  • Biznes və texniki komandalar arasında kommunikasiyaya dəstək göstərmək.
  • Hazırlanmış funksionallıqların biznes tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək.

Tələblər

  •  Istifadəçi hekayələrinin (User Story) "Rola görə – Arzu olunan fəaliyyət – Biznes dəyəri" strukturuna uyğun tərtib edilməsi bacarığı.
  • Tələblərin keyfiyyətini qiymətləndirmək üçün INVEST meyarlarından xəbərdar olmaq.
  • Tapşırıqların biznes dəyərinə görə prioritetləşdirilməsi prinsiplərini bilmək (məsələn, MoSCoW metodu).
  • Yüksək səviyyəli qəbul meyarlarının (Acceptance Criteria) formalaşdırılması bacarığı.


Proqram iştirakçılarına nə təklif olunur:

  • Təyin olunmuş aylıq ödəniş
  • Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
  •  Gələcək iş imkanları üçün real zəmin

 

Kimlər müraciət edə bilər:

  • Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
  • Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
  • Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar

 

Gələcəyini Rabitəbank ilə qur – indi başla !

Vakansiya haqqında

Son tarix

November 13, 2026

Paylaşılıb

oktyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri