"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Məlumatların idarə edilməsi şöbəsinin rəisi

Məlumatların idarə edilməsi şöbəsinin rəisi

25-07-2024

4.4K

Bağlanılıb

Təsvir

“Rabitəbank” ASC Bank proqramları departamentinin Məlumatların idarə edilməsi şöbəsinin rəisi vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Daxil olan hesabat sorğularının proporsional bölüşdürülməsi, prioritetləşdirilməsi və ehtiyac olduqda prioritetlərin yenilənməsi;
  • Daxil olan hesabat sorğularının vaxtında icrasının təmin edilməsi;
  • BI sisteminin modelləşdirilməsi, lazımlı məlumatlarla zənginləşdirilməsi;
  • Əməkdaşların BI sistemindən istifadəsinə cəlb edilməsi və suallarda bağlı dəstək göstərilməsi;
  • DWH-un optimallaşdırılması və təkmilləşdirilməsi planının hazırlanması və doğru formada icrasına nəzarət;
  • Şöbədaxili əməkdaşların bilik və bacarıqların artırılması üçün plan hazırlanması və icrası.

Tələblər

  • DWH konseptlərini dərindən bilmək(Ən azı bir DWH qurulmasında iştirak);
  • ETL konseptlərini dərindən bilmək( Ən azı bir ETL alət ilə işləmək təcrübəsi -Apache Airflow ilə təcrübə arzuolunandır);
  • Big Data texnologiyaları barədə məlumatlı olmaq;
  • Bank təcrübəsinin olması arzuolunandır( Risklərin idarə edilməsi,Kart əməliyyatları və Kart məhsulları,Mühasibat uçotu,Bank məhsullarının satış üsulları,Kredit və Depozit məhsullarının tərkib hissələri,Pul köçürmələri sahələrində);
  • SQL və PL/SQL dillərinə yaxşı səviyyədə bilmək( Mürəkkəb skriptlər yazmaq və oxumaq bacarığı olmalı);
  • Python proqramlaşdırma dilini yaxşı səviyyədə bilmək;
  • Business Intelligence-in (BI) nə olması barədə geniş biliklərə yiyələnmiş biri olmalı(Funksional bir Dashboard hazırlamaq təcrübəsi və MicroStrategy aləti ilə iş təcrübəsi arzuolunandır);
  • Menecmentlik təcrübəsinin və istəyinin olması;
  • Stresə davamlılıq;
  • Dərin analitik düşüncə bacarığı arzuolunandır.

Vakansiya haqqında

Son tarix

sentyabr 3, 2024

Paylaşılıb

iyul 25, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə