"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Senior 3D Graphic Designer

Bu gün

14

Təsvir

“Rabitəbank” ASC Marketinq Departamentində Qrafik dizayner vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Qeyd: Müraciət edən namizədlərdən CV və portfolio təqdim etmələri mütləq tələb olunur.


Vəzifə öhdəlikləri:


  • Bankın daxili brendinqi ilə bağlı qrafik dizaynları, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və digital reklam materialların Bankın brendbukuna uyğun dizaynını hazırlamaq;
  • İnsan resursları ilə bağlı Dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyası;
  • Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştirak etmək;
  • Yaradıcı düşünmə tərzinə malik olmaq və təsir edici konsepsiyalar təqdim etmək;
  • Rəqibləri qabaqlamaq üçün bazarda olan trendlərdən daim xəbərdar olmaq;
  • Yeni ideyaları analiz etmək və ən yaxşılarını komanda üzvlərinə ötürmək;
  • Layihələrin yüksək keyfiyyətlə və vaxtında tamamlanmasını təmin etmək və rəhbərliyi layihələrin mərhələlərindən xəbərdar saxlamaq;
  • Sosial media kanalları üçün qrafik postların hazırlanmasını təmin etmək. 

Tələblər

  • Dizayn sahəsində minimum 3 ildən yuxarı iş təcrübəsi;
  • 3D graphic design, motion graphics və animasiya istiqamətində praktiki biliklər;
  • Blender, Cinema 4D, After Effects, Photoshop, Illustrator və digər müvafiq dizayn proqramları ilə işləmə bacarığı;
  • 3D modelləşdirmə, render, material, tekstura, işıqlandırma və kamera rakursları üzrə bilik və anlayış;
  • Sosial media, reklam kampaniyaları, video çarxlar, Reels/Story formatları və digər digital kontentlər üçün vizual materialların hazırlanması bacarığı;
  • Motion videolar, promo animasiyalar, məhsul təqdimatları və qısa reklam videolarının hazırlanması üzrə təcrübə;
  • Verilən brief-i düzgün analiz edərək kreativ vizual həllərə çevirmək bacarığı;
  • Korporativ üsluba uyğun işləməklə yanaşı, yeni və kreativ vizual yanaşmalar təklif etmək bacarığı;
  • Deadline-larla işləmək, məsuliyyətli olmaq və komanda ilə effektiv əməkdaşlıq bacarığı;
  • Agentlik təcrübəsinin olması arzuolunandır.


Vakansiya haqqında

Son tarix

September 30, 2026

Paylaşılıb

avqust 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə