"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Qusar filialı üzrə Xəzinədar

25-07-2024

374

Bağlanılıb

Təsvir

“Rabitəbank” Qusar filialı üzrə Xəzinədar vəzifəsinə işə qəbul elan edir.


Ölkənin iri, dayanıqlı və etibarlı banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
  • Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
  • Müştərlərə xəzinə xidməti göstərir;
  • Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir;
  • Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir;
  • Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir;
  • Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir;
  • Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
  • Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir;
  • Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır.


Tələblər

  • Bu sahə üzrə 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir);
  • Vətəndaş qüsürsuzluğuna malik olmaq;
  • Kollektivdə işləmə bacarığı;
  • Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olmaq;
  • Nəzakətli, gülərüz olmaq;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətlilik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.

Vakansiya haqqında

Son tarix

sentyabr 3, 2024

Paylaşılıb

iyul 25, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə