“Rabitəbank” ASC İT infrastrukturu departamentinin İT infrastrukturunun idarə edilməsi şöbəsində Sistem inzibatçısı vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Microsoft və VMware texnologiyalarını idarə etmək və inzibati dəstəyini həyata keçirmək;
- Texniki problemlərin diaqnostikası və aradan qaldırılması;
- Sistem infrastrukturunu yoxlanması və təkmilləşdirilməsi;
- Serverlərin, proqram təminatının və aparatın işinə nəzarət;
- İnformasiya sistemlərimiz üçün təkmilləşdirmələri planlaşdırmaq, sınaqdan keçirmək və həyata keçirmək, Yeni proqram təminatının inteqrasiyası;
- Serverlərin avadanlığının konfiqurasiya edilməsi;
- Serverlərin və firewallların düzgün işlədiyinə əmin olmaq;
- Ən yaxşı təcrübələri inkişaf etdirmək və tətbiq etmək;
- Performans hesabatlarını tərtib etmək;
- Server şəbəkəsi, qurğular və firewall da daxil olmaqla yeni proqram təminatı və avadanlıqların quraşdırılması və konfiqurasiyasına cavabdehlik;
- Sistemin işinə, İT sisteminin əməliyyatlarına və yaddaşdan istifadəyə nəzarət üzrə cavabdehlik;
- Sistemin böyüməsini dəstəkləmək üçün zəruri avadanlıq və ya proqram təminatının təkmilləşdirilməsini planlaşdırmaq;
- İstifadəçi hesablarını idarə etmək, təhlükəsizlik siyasətinə uyğun olaraq sistemdə təhlükəsizlik icazələrini təyin etmək və yeniləmək.