Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib Layihə üzrə Baş Memar (LBM) axtarırıq. Əgər sən həm layihənin texniki, həm də yaradıcılıq tərəflərinə rəhbərlik etməyi bacarırsansa, bu vəzifə sənin üçündür!
Vəzifələr:
• Memarlıq layihələrinin konseptual və texniki rəhbərliyi
• Layihə komandalarının idarə olunması və koordinasiyası
• Müştərilərlə görüşlərin həyata keçirilməsi və tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması
• İşçi layihələrin hazırlanmasında iştirak və nəzarət
• Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi
• Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması
• İcrada yaranan problemlərin analizi və həlli
Təklif edirik:
• 5/2 iş qrafiki
• İş saatları: 09:30 – 18:00
• Rəqabətli əmək haqqı (namizədin təcrübəsinə uyğun olaraq)
• Ölkə əhəmiyyətli layihələrdə rəhbərlik imkanı
• Peşəkar komanda və inkişaf yönümlü mühit
• Karyera yüksəlişi üçün açıq struktur və dəstək
📍 İş yeri: Bakı, Azərbaycan
📩 CV və e-portfolio-nuzu [email protected] ünvanına göndərməyinizi xahiş edirik.
📌 Diqqət: E-portfolio təqdim olunmayan müraciətlərə baxılmayacaq. Məktubun mövzu hissəsində “Layihə üzrə Baş Memar (LBM)” yazmağı unutmayın.
Tələblər:
• Memarlıq üzrə ali təhsil
• İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə
• AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və s. proqramlarda yüksək səviyyədə işləmək bacarığı
• Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
• Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı
• Komanda idarəetmə və liderlik qabiliyyəti
• Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı
Son tarix
July 1, 2025
Paylaşılıb
may 22, 2025
Vakansiya növü
Tam ştat
Agrotrade Supply MMC ● Xırdalan, Azərbaycan
Bu gün
191
Kontakt Home ● Bakı, Azərbaycan
Dünən
5.4K
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Bakı, Azərbaycan
Dünən
588
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Bakı, Azərbaycan
Dünən
394