SAMT LLC
Ana səhifə
/
/
/
Hüquq və Korporativ idarəetmə üzrə kargüzar

Hüquq və Korporativ idarəetmə üzrə kargüzar

Bu gün

12

Təsvir

Vəzifə öhdəlikləri

  • Hüquq departamentində sənəd dövriyyəsinin təşkilini, qeydiyyatını, sistemləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
  • Müqavilələrin, etibarnamələrin, korporativ sənədlərin və rəsmi yazışmaların qeydiyyatını aparmaq və icrasını izləmək;
  • Müqavilələrin razılaşdırılması, imzalanması və arxivləşdirilməsi prosesinin inzibati koordinasiyasını həyata keçirmək;
  • Hazırlanmış etibarnamələrin, məktubların, arayışların və digər standart sənədlərin rəsmiləşdirilməsi və sənəd dövriyyəsini təmin etmək;
  • İclas protokollarının, qərarların və digər korporativ idarəetmə sənədlərinin hazırlanmasına və rəsmiləşdirilməsinə dəstək vermək;
  • Ümumi yığıncağın, Müşahidə şurasının iclaslarının təşkilati və sənədləşmə işlərində iştirak etmək;
  • Hüquq departamentinə inzibati dəstək göstərmək və dövri hesabatlar hazırlamaq.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə 1–3 il iş təcrübəsi;
  • Kargüzarlıq, sənəd dövriyyəsi, inzibati işlər, hüquq departamenti və ya korporativ idarəetmə sahəsində təcrübə üstünlük hesab olunur;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik, yüksək təşkilatçılıq bacarığı və məxfilik prinsiplərinə riayət etmək.


Vakansiya haqqında

Son tarix

August 10, 2026

Paylaşılıb

iyul 28, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Hüquq