S

HR Manager

Bu gün

131

Təsvir

Əsas öhdəliklər

 

İnzibati işlər

 

§ İnsan Resursları şöbəsinin effektiv və problemsiz fəaliyyət göstərməsini təmin etmək, şöbədaxili əməliyyatlara dair təlimatda müəyyən edilmiş bütün siyasət və prosedurlara riayət olunmasını təmin etmək.

 

§ İnsan Resursları şöbəsi üçün daxili əməliyyatlara dair təlimatın hazırlanması və yenilənməsini təmin etmək.

 

§ Bütün əməkdaşların sənədlərinin yenilənmiş qaydada olmasını təmin etmək (o cümlədən əməkdaşların illik məzuniyyəti, ezamiyyətləri, tibbi məzuniyyətləri).

 

§ Otel tərəfindən şirkətin / otelin İnsan Resursları şöbəsinin bütün siyasət və prosedurlarına riayət edilməsinin təmin olunmasında köməklik göstərmək.

 

§ Dövlət tərəfindən tənzimlənən əmək qanunvericiliyinə ciddi şəkildə riayət olunması və icrasının təmin edilməsinə köməklik göstərmək.

 

§ Otel tərəfindən işçilərin rifah halının yaxşılaşdırılması üzrə təşkil olunmuş proqramları idarə etmək, təqdim edilən üstünlüklərin müvafiq və yerli bazarda rəqabətə davamlı olmasını təmin etmək.

 

 

Müştəri xidmətləri

 

§ Otelin xarici müştərilərinə (qonaqlarına) eksklüziv xidmətlərin təqdim edilməsi üçün müvafiq səriştəyə və bacarığa malik işçiləri işə götürməklə, otelin əsas diqqətinin xidmətlərin mükəmməlliyinə yönəlməsini dəstəkləmək.

 

§ Ştat işçilərinin digər əməkdaşlara (daxili müştərilərə) və bölmənin digər qonaqlarına peşəkarlıqla, nəzakətlə və qayğıkeşliklə müvafiq səviyyədə xidmət göstərmələrini təmin etmək.

 

 

Maliyyə məsələləri

 

§ Bölmə / şöbə rəhbərlərinə məhsuldarlığı yüksəltmək və zəruri sayılmayan əmək haqqı xərclərini minimuma endirmək kimi məsələlərdə kömək etməklə, ştat işçilərinin normativ sayının və əmək haqqının hesablanması sistemlərinin aparılmasında köməklik göstərmək.

 

§ Məhsuldarlıq əmsallarından (və digər əsas icra göstəricilərindən) xəbərdar olmaq və dövriyyə ilə bağlı aylıq hesabatlar, işçilərin xəstəliklə bağlı məzuniyyət hesabatlarını, ödənişli məzuniyyət hesabatlarını hazırlamaq.

 

§ Rəqabətə davamlı müavinətlər / maaşlar / stimullaşdırıcı paketlərin araşdırılmasına təmin etmək.


§ Şöbənin əməliyyat büdcəsinin idarə edilməsi, bütün xərclərə nəzarət olunması və məsrəflərin müvafiq qaydada təsdiqlənməsini təmin etmək.

 

§ Otelin, şirkətin, habelə yerli qaydada müəyyən edilmiş maliyyə sənədlərinin saxlanılması və lisenziyalaşdırma ilə bağlı qaydalar, siyasətlər və prosedurlara riayət olunduğunu, o cümlədən maliyyə məlumatları barədə vaxtında və səliqə ilə hesabat verilməsini təmin etmək.

 

Marketinq

 

§ Daxili qayda və təlimatların əməkdaşlara təqdim edilməsi və icra olunmasını təmin etmək.

 

§ İnsan Resursları şöbəsinin təqvimini tərtib etmək və ona nəzarət etmək.

 

Əməliyyat

 

§ İşçilər üçün nəzərdə tutulmuş avadanlıqların Courtyard Baku standartlarına müvafiq olaraq qorunub saxlanılmasını təmin etməyə yardım göstərmək.

 

§ Bütün daxili transferləri idarə etmək.

 

§ İşçilərin icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr və əvəzetmə prosesinin planlaşdırılmasının idarə edilməsini koordinasiya etmək.

 

§ İşçilər üçün nəzərdə tutulmuş əmək haqları və məvaciblərin idarə edilməsinə görə cavabdehlik daşımaq.

 

§ İllik əmək haqqı və müavinətlərə dair tədqiqat, biznes planları, işçi qüvvəsinin istiqamətləndirilməsi kimi sənədlərin tərtib edilməsinə kömək etmək.

 

§ Əməyin mühafizəsi idarələri və əmək qanunvericiliyi üzrə mütəxəssislərlə əlaqə saxlamaq, yerli əmək qanunvericiliyi haqqında ətraflı biliklərə malik olmaq.

 

§ Bütün məzuniyyətlərin idarə edilməsinə görə cavabdehlik daşımaq.

 

§ İşlə bağlı istiqamətləndirmə təlimində təlim üzrə menecerə köməklik göstərmək.

 

§ Mehmanxana personalının peşəkarlığının və işinin keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılması məqsədilə onları narahat edən məsələlərlə yaxından maraqlanaraq, məqsədlərinin nə olduğunu başa düşməyə çalışaraq və mümkün həll yollarını axtararaq Baş Menecer, rəhhər İnsan Resursları və mühəndis texnoloqlara yardım etmək, məsləhətlər vermək, onları istiqamətləndirmək. 

 

§ İnsan Resursları Şöbəsinə işçilər almaq, onlar üçün treyninqlər təşkil etmək, onlara nəzarət etmək. Müəssisənin iş strategiya, proqram və proceduraları haqqında məlumatları fasiləsiz olaraq təmin etmək. Şöbənin gündəlik fəaliyyətinə rəhbərlik etmək, onu istiqamətləndirmək. İnsan Resursları Şöbəsinin illik büdcəsini hazırlamaq, xərclərə izin vermək, büdcənin düzgün yerinə yetrilməsini təmin etmək. İnsan Resursları Şöbəsinin rəhbər heyətə və digər işçilərə yüksək dərcədə xidmət göstərməsini təmin etmək.

 

§ Yeni, peşəkar və səmərəli işləyən İnsan Resurslarının işə götürülməsi və bu məqsədlə müsahibələrin keçirilməsi üsulları barədə rəhbər İnsan Resurslarını şifahi təqdimat və yazılı təlimatlar vasitəsilə məlumatlandırmaq, təlimatlandırmaq. Rəhbər vəzifələrə namizədlərlə onları işə götürmək məqsədilə görüşlər keçirmək.

 

§ Treyning proqramlarının təşkili, idarə edilməsi vasitəsilə və onlara nəzarət edərək İnsan Resurslarının təkimlləşməsini və öz potensiallarını maksimum dərəcədə reallaşdıra bilməsini təmin etmək. Treyning siniflərini təlimatlandırmaq, cari və təklif edilən çələcək iş metodlarını yenidən nəzərdən keçirmək, təhlil etmək, müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə rəhbər İnsan Resurslarına tövsiyələr vermək, onlarla məsləhətləşmələr aparmaq.

 

§ Pozitiv və məhsuldar iş mühitinin formalaşdırılması məqsədilə bütün menmanxana işçilərinin idarə edilməsinə aid fəaliyyət strategiyaları və proqramları hazırlayaraq tətbiq eymək, həmin strategiya və proqramları istiqamətləndirmək.

 

§ Cari idarəetmə praktikasını yenidən nəzərdən keçirərək, yeni iş proseduraları tətbiq edərək, müəssisənin fəaliyyətinin yaxşılaşdırılması sahəsindəki ehtiyacları yazılı və şifahi şəkildə xəbər verərək insan qaynaqları sahəsində tətbiq edilən dövlət qanunvericiliyinə və federal qanunvericiliyə , nizamlamalara və müvafiq məhkəmə qəralrlarına əməledilməsinə nail olmaq. Affirmativ Fəaliyyət Proqramına (İnsan Resurslarının işə götürülməsində diskriminasiya hallarına qarşı tədbirlər proqramı) nəzarət etmək.

 

§ Ədalətli və dəqiq paylanılmasını təmin etmək məqsədilə maaş və mükafatların verilməsinə nəzarət etmək, hesabatlar, rəhbərliklər və / və ya kompüter sistemlərindən əldə edilən informmasiyanı təhlil və tətbiq etmək. 

 

§ İnsan Resursları və əmək münasibətlərini idarə etmək.  Həmkarlar İttifaqına üzv olmayan mehmanxanalarda bu, İnsan Resursları arasında müsbət münasibətlərin təmin və təşviq edilməsi, “açıq qapılar” siyasətinin lazımi qaydada tanıdılması və səmərəli şəkildə idarə edilməsi mənasına gəlir. Əgər mehmanxana İnsan Resursları ilə kollektiv əmək müqaviləsi imzalamışdırsa, şöbə rəhbərinin bu sahədə vəzifəsi müqavilə və sazişlərlə əlaqədar aparılan danışıqlarda iştirak etmək, şikayətlərə baxmaq, vasitəçilik və arbitraj fəaliyyətini idarə etməkdən ibarət olur.

 

§ Ədaələti və dəqiqliyi təmin etmək məqsədilə İnsan Resurslarının dəyişdirilməsi məsələlərilə yaxından maralanmaq və əlaqədar sənədlərə baxış keçirmək. Şəxsi buraxılış və iş üçün ərizə kimi İnsan Resursları Şöbəsinin işində istifadə edilən bütün sənədləri təsdiq etmək. Keçmiş və gələcək xərcləri orta mürəkkəbliyə malik riyazi hesablamalar vasitəsilə dəyərləndirərək və təhlil edərək İnsan Resursları Şöbəsinin büdcə proqnozlarını tərtib etmək.

 

§ Əməyin təhlükəsizliyi və işçilərə təzminat ödənişlərinə dair proqramlara nəzarət etmək.

 

§ Lazım gələn hallarda məxfiliyə tam zəmanət verərək mehmanxananın bütün işçilərinə aid qeydiyyatlar aparmaq, onlara aid dosyelər hazırlamaq.

 

§ İnsan Resursları Şöbəsinin iş proqramlarına və strategiyasının yenidən nəzərdən keçirilməsini bəyan edən bildirişlər kimi məktublarını hazırlamaq, yazmaq və göndərmək. 

 

§ Keyfiyyətin təmin edilməsi proqramları, İnsan Resurslarının işinə baxış keçirilməsi və mədəni müxtəlflik proqramları kimi Baş Menecerin qarşıya qoyduğu digər vəzifələrin icrası.

 

 

Əməkdaşlar

 

§ Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərtlərə və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq, ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək..

 

§ Otel işçilərinin işə götürülməsi və seçim prosesinə nəzarət etmək, bölmə və şöbə rəhbərlərini effektiv və səmərəli işəgötürmə həlləri ilə təmin etmək.

 

§ Effektiv əvəzetmə planını icra etməklə, oteldə icraçı və idarəetmə işçilərinin inkişafını dəstəkləmək.

 

§ İşçilərin şəxsi rifahı, texniki təhlükəsizliyi və inkişafına xüsusi diqqət yetirməklə, otel çərçivəsində bütün səviyyələrdən olan işçilərlə sıx və peşəkar iş münasibətlərini qoruyub saxlamaq.


§ Əməkdaşları yaradıcı və novator olmağa təşviq etmək və şöbənin və mehmanxananın müvəffəqiyyət qazanması üçün onlara stimullaşdırmaq və rəğbətləndirmək

§ Təlim üzrə əməkdaş və Şöbə-daxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları planlaşdırmaq və həyata keçirmək

 

§ Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin etmək 


Tələblər

§ Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.

 

§ Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.

 

§ Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.

 

§ Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.

 

§ Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.

 

§ Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.

 

§ Ölkənin qanunvericiliyinə riayət etmək.

 

§ Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.

 

§ Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.

 

§ Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.


Vakansiya haqqında

Son tarix

June 1, 2025

Paylaşılıb

aprel 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

Oxşar vakansiyalar