S

Baş mütəxəssis– Telemexanika zavodu

Dünən

199

Təsvir

  • Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, xitam, vəzifə dəyişikliyi və s. aidiyyəti işləri yerinə yetirir;
  • Şöbədə kargüzarlıq işlərinin qanunvericiliyə uyğun aparılmasını təmin edir, işçilərin şəxsi işlərini formalaşdırır, aparır və aparılmasına nəzarət edir; 
  • İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi üzrə işlərdə iştirak edir;
  • Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;
  • Yeni əməkdaşların adaptasiya qaydalarına əsasən fəaliyyətini əlaqələndirir, adaptasiya tədbirlərində iştirak edir;
  • Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;
  • İşçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, lazım olan materialları hazırlayır, qiymətləndirmə işinin təşkilində iştirak edir;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında və tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edir;
  • Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;
  • Kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrinin əmək qanunvericiliyinə uyğunluğunu təmin edir və yoxlayır;
  • 1C və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir;


Tələblər

Təhsil pilləsi (minimum): Bakalavr

Təhsil ixtisası: Sosial,hüquq vəya iqtisad üzrə olması məqsədə uyğundur

İş təcrübəsi (minimum): İnsan Resursları üzrə minimum 5 il

 

Dil bilikləri: Azərbaycan dili

 

Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları, ƏMAS, 1C


VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:


  • Təşkilatçılıq bacarığı;
  • İşə planlı yanaşma bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Problemi həll etmək bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Məsuliyyətli və punktual olmaq;
  • Komandada işləmək bacarığı.



Vakansiya haqqında

Son tarix

September 21, 2025

Paylaşılıb

avqust 12, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə