S

Laborant (Bakı və Şirvan şəhəri)

13-01-2026

1.4K

Təsvir

  • Təlimat əsasında laboratoriya avadanlıqları üçün metal nümunələrin hazırlanması (nümunələrin kəsilməsi, pardaxlanması, cilalanması);
  • Baş mütəxəssisin nəzarəti altında metal spektral analizatoru vasitəsilə metalların (polad, çuqun, Al, Cu və s.) kimyəvi tərkibinin analiz edilməsi prosesinin öyrənilməsi və tətbiqi;
  • Metalların fiziki-mexaniki sınaqlarının (dartılmada müqavimət həddi, zərbə özlülüyü, bərklik sınaqları - HB, HRC, HV) aparılmasında iştirak etmək və nəticələri qeydə almaq;
  • Qara və əlvan metalların vizual fərqləndirilməsi və çeşidlənməsində iştirak;
  • Sınaq nəticələrinin kompüterdə müvafiq bazaya və ya reyestrə daxil edilməsi;
  • Laboratoriya avadanlıqlarının saz və təmiz vəziyyətdə saxlanılmasına nəzarət;
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına ciddi riayət etmək;
  • Zavodun daxili intizam qaydalarına və keyfiyyət idarəetmə standartlarına (ISO 9001 tələbləri çərçivəsində) əməl etmək;
  • Rəhbərliyin tapşırığı ilə digər texniki köməkçi işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (Metallurgiya, Maşınqayırma, Materialşünaslıq, Kimya texnologiyası və ya texniki yönümlü digər sahələr);
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Metallar haqqında ilkin anlayışın olması (qara və əlvan metalları fərqləndirmə bacarığı arzuolunandır);
  • MS Office (Word, Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • Öyrənməyə və inkişafa yüksək həvəs, diqqətlilik, məsuliyyət və komandada işləmək bacarığı;


Əlavə tələblər (üstünlükdür):

  • ISO 9001 və digər keyfiyyət idarəetmə standartları üzrə biliklər;
  • Sənaye müəssisələrində və ya dövlət sektorunda iş təcrübəsi.


İş yeri: Bakı və Şirvan şəhəri

Vakansiya haqqında

Son tarix

February 22, 2026

Paylaşılıb

yanvar 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı