Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
Müqavilələrin və sifarişlərin statusunu izləmək;
Satınalma prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reysterin hazırlanması;
Alınmış malların qeydiyyatının aparılması;
Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.
Vendor listin mütəmadi yenilənməsi və şirkətlərdən PQ alınması;
Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirir (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, qiymət müqayisə cədvəllərinin və satınalma sifariş sənədlərinin hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Tələblər
Ali təhsil;
Qeyd olunan sahədə 2-3 il iş təcrübəsi
Ofis proqramları biliyi ən az orta səviyyədə olmalı;
Azərbaycan dili sərbəst, ingilis dili ən az B1 səviyyəsində olmalı;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
Tez və dinamik bir mühitdə effektiv işləmə və yüksək kommunikasiya bacarığı;
Detal müəyyənliyi olan güclü təhlil və problem həll etmə bacarığı.