Şirkətin gündəlik fəaliyyətinə dair bütün hüquqi məsələlər üzrə hüquqi dəstəyi təmin etmək;
Mülki və vergi qanunvericiliyinin maddi və prosessual normalarının tətbiqi ilə bağlı ətraflı hüquqi araşdırmalar aparmaq və təhlillər hazırlamaq;
Mülki, vergi və kommersiya qanunvericiliyi üzrə çoxşaxəli hüquqi rəylər hazırlamaq;
Müxtəlif hüquqi sənədləri, o cümlədən kommersiya müqavilələri və sazişləri tərtib etmək, nəzərdən keçirmək və onlarla bağlı danışıqlarda iştirak etmək;
Müxtəlif sahələr üzrə hüquqi risklərin qiymətləndirilməsini həyata keçirmək və praktiki hüquqi həllər təqdim etmək;
Şirkətin fəaliyyətində mövcud qanunvericiliyin, sahəvi normativ tənzimləmələrin və daxili siyasətlərin tələblərinə riayət olunmasını izləmək və təmin etmək;
Daxili prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
Müqavilə danışıqlarında və xarici tərəfdaşlar, habelə tənzimləyici orqanlarla münasibətlərdə şirkəti təmsil etmək;
Şirkətdə hüquqi maarifləndirmə tədbirləri aparmaq və təlimlər keçmək.
Hüquq ixtisası üzrə nüfuzlu ali təhsil müəssisəsində bakalavr və/və ya magistr dərəcəsinə malik olmaq;
Hüquq firmasında və/və ya beynəlxalq məsləhət (konsaltinq) şirkətində ən azı 2 il müddətində fasiləsiz və peşəkar iş təcrübəsinə malik olmaq (yalnız bu təcrübəyə malik olan namizədlər nəzərdən keçiriləcəkdir);
Azərbaycan Respublikasının mülki və vergi qanunvericiliyi üzrə dərin biliklər, hüquqi yoxlama (due diligence), komplayns və korporativ məsləhət sahəsində təcrübə;
Mürəkkəb maddi normaları tətbiq etmək bacarığı;
Hüquqi sənədlərin hazırlanması, analitik təhlil və hüquqi araşdırma bacarıqları;
Problem həll etmək bacarığı; nəticəyönümlü yanaşma;
Yüksək dəqiqlik, məsuliyyət və biznes etikası;
Azərbaycan və İngilis dillərində (yazılı və şifahi) səlis bilik; digər xarici dil bilikləri üstünlük təşkil edir.
Son tarix
November 26, 2026
Paylaşılıb
oktyabr 27, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Tərəfdaş