Şirkətin fəaliyyətlərinin, istehsalının və layihələrinin müvafiq hüquqi və tənzimləyici standartlara uyğunluğunun təmin edilməsi;
Media hüququ və əmək hüququ sahələrində hüquqi risklər və uyğunluq məsələlərinə nəzarət edilməsi və məsləhətlər verilməsi;
Təchizatçılar, istedadlar, paylama tərəfdaşları, lisenziyalaşdırma və birgə istehsalla bağlı müqavilələr daxil olmaqla, istehsal ilə əlaqəli müqavilələrin tərtib edilməsi, nəzərdən keçirilməsi və müzakirə edilməsi;
Risklərin azaldılrması və səmərəliliyin artırılması üçün standart şablonlar hazırlanması və proseslərin sadələşdirilməsi;
Müəllif hüquqları, ticarət nişanları və yaradıcı məzmunun lisenziyalaşdırılmasına nəzarət edilməsi;
Məsuliyyət, məlumatların qorunması və sahəyə xas olan uyğunluq məsələlərinin qarşısını almaq və həll etmək üçün siyasətlərin və təlimlərin tətbiq edilməsi;
İstehsal mühiti üçün uyğunlaşdırılmış əmək müqavilələri, əmək uyğunluğu və iş yerində siyasətlər üzrə məsləhətlər verilməsi;
Əmək müqavilələri, əmək uyğunluğu və iş yeri siyasətləri ilə bağlı hüquqi məsələlərin həllində İR-ə dəstək göstərilməsi;
İstehsalat şirkətinin müxtəlif şöbələrinə gündəlik hüquqi dəstək və məsləhətlər təmin edilməsi;
Hüquqi riskləri idarə edərkən biznes hədəflərini dəstəkləmək üçün digər şöbələrlə əməkdaşlıq edilməsi.
Tələblər
Təhsil: Müvafiq sahədə bakalavr dərəcəsi
Təcrübə: Hüquq sahəsi üzrə minimum 2-3 il iş təcrübə