Biznes əməliyyatlarının hüquqi aspektləri üzrə gündəlik dəstək göstərilməsi
Mülki və vergi qanunvericiliyi, normativ uyğunluq və biznes hüququ ilə bağlı məsələlər üzrə hüquqi işlərin görülməsi;
Kommersiya müqavilələri, daxili siyasətlər və tərəfdaşlıq müqavilələri də daxil olmaqla, müxtəlif hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması;
Yerli mülki və vergi qanunvericiliyinin maddi və prosessual normalarını araşdırmaq və təhlil etmək
Hüquqi risklərin qiymətləndirilməsi və praktik hüquqi həll yolları ilə digər departamentlərə dəstək olunması;
Müvafiq qanunvericilik, sahə üzrə tənzimləyici qaydalar və daxili siyasətlərlə uyğunluğun izlənməsi və təmin edilməsi;
Daxili hüquq prosedurlarının və siyasətlərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak edilməsi;
Şirkətin müqavilə danışıqlarında təmsil edilməsi və digər maraqlı tərəflər və müvafiq tənzimləyici qurumlarla əlaqə saxlanılması;
Şirkət daxilində hüquqi biliklərin paylaşılması və hüquqi maarifləndirməyə töhfənin verilməsi.
Tələblər
Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi;
Korporativ hüquq sahəsində 3–5 il iş təcrübəsi. Hüquq firmasında və ya hüquqi konsultinq sahəsində işləmək üstünlükdür;
Azərbaycan mülki və vergi qanunvericiliyi üzrə güclü biliklər; əqli mülkiyyət hüququ, hüquqi due diligence və normativ uyğunluq sahəsində məlumatlılıq arzuolunandır;
Hüquqi sənədlərin hazırlanması, analitik düşüncə və hüquqi araşdırma sahəsində güclü bacarıqları;
Güclü danışıqlar aparma və problem həll etmə bacarığı; həll yönümlü yanaşma;
Mürəkkəb hüquqi müddəaları real biznes vəziyyətlərinə tətbiq etmə və şərh etmə bacarığı;
Yüksək dəqiqlik, məsuliyyət və peşəkar etika;
Azərbaycan dili və İngilis dili mükəmməl səviyyədə (mütləqdir), Rus dili biliyi arzuolunandır.