TABIA Group LLC
Ana səhifə
/
/
/
Baş aşpaz köməkçisi

Baş aşpaz köməkçisi

Dünən

24

Təsvir

  • Bütün reseptlər və məhsul verimlərinin dəqiq xərcləndiyini və mütəmadi olaraq nəzərdən keçirilməsini təmin etmək.
  • Hissələrə nəzarəti və tullantıları minimuma endirməklə bütün ərzaq məhsullarının standart resept kartlarına uyğun hazırlanmasına yardım etmək.
  • Mətbəx şöbəsinin ərazisindəki ərzaq ehtiyatının oteldə yerləşməsinə, tədbir və fəaliyyət proqnozlarına uyğun olaraq kifayət qədər miqdarda və keyfiyyətdə olmasını təmin etmək.
  • Səhər yeməyi, nahar və axşam yeməyi xidmətlərinin ardıcıl, yüksək standartlara olmasını təmin etmək.
  • Bütün mətbəx standart əməliyyat prosedurlarını hazırlanıb yenilənməsini təmin etmək.
  • Bütün qida hazırlayan avadanlıqların təhlükəsizliyindən və düzgün istifadə edilməsindən və təmizlənməsindən və saxlanılmasından əmin olmaq.
  • Aşpazların həmişə təmiz səliqəli geyimdə olmasını təmin etmək
  • Mətbəx əməliyyat büdcəsinə ciddi şəkildə əməl olunmasını təmin etmək.
  • Mətbəx şöbəsinin otelin bütün daxili qaydalarına əməl etdiyinə əmin olmaq.
  • Ən yüksək keyfiyyətli birinci sinif məhsulun bütün kulinariya sahələrində əldə edilməsini və saxlanılmasını, əməliyyat müddətlərinə riayət olunmasını icra etmək.
  • Menyu planlaşdırma və düzgün yemək hazırlamaq.
  • İaşə şöəsinin meneceri və müvafiq qruplar ilə sıx işləmək, satış üçün illik mətbəx marketinq planı yaratmaq.
  • Bazara təqdim olunan yeni məhsullardan xəbərdar olmaq və son məhsul tendensiyaları ilə ayaqlaşmaq.
  • Bazar ehtiyaclarını və istəklərini tam şəkildə anlamaq və bu ehtiyacları əks etdirmək üçün menyuların hazırlanmasını təmin etmək.
  • Fəaliyyət göstərilən maddələrin müvafiq təqibi ilə dəstəklənən müvafiq texniki hesabat və iş əmrlərinə başlamaq.
  • Mətbəx komandasını ədalətli idarə etmək .
  • Yeməyin hazırlanmasında yalnız ən yüksək keyfiyyətli məhsulların istifadə olunduğunu tez-tez yoxlamaq.
  • Otelə daxil olan bütün ərzaq məhsullarının lazımi standart və keyfiyyətə sahib olmasını və düzgün şəkildə saxlanılmasını təmin etmək.
  • Həftəlik iş cədvəllərinin və illik məzuniyyət planlarının düzgün qurulduğunu və sənədlərin düzgün qaydada tərtib edilməsini təmin etmək.


Tələblər

Təhsil:

Kulinariya və ya aşpazlıq sahəsində ixtisas.


İş təcrübəsi:

Minimum 3 il mətbəx sahəsində iş təcrübəsi.

 

Bilik və Bacarıqlar:

Qida təhlükəsizliyi və gigiyena qaydalarına dair biliklər.

Yüksək təşkilatçılıq və rəhbərlik bacarığı.

Komanda ilə işləmə və ünsiyyət bacarığı.

Fiziki dözümlülük və çeviklik.

Yaradıcı və innovativ yeməklər hazırlamaq bacarığı.

 

Kompüter bilikləri:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə.

 

Dil bilikləri:                          

Azərbaycan dili – sərbəst.

Rus və ya ingilis dili – yaxşı səviyyədə.


Fəaliyyət ünvanı: Bakı şəhəri, Excelsior Hotel Baku,Curio Collection by Hilton

Vakansiya haqqında

Son tarix

June 17, 2026

Paylaşılıb

may 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

İaşə, Turizm və Otel