Qrup və biznes vahidləri üzrə əsas maliyyə, kommersiya və əməliyyat məlumatlarını vahid analitik formatda toplamaq və təhlil etmək.
Biznes nəticələrində tendensiyaları, kənarlaşmaları və performansa təsir edən əsas faktorları müəyyən etmək.
Faktiki nəticələri əvvəlki dövrlər, büdcə, bazar və müvafiq benchmark-larla müqayisə etmək.
Biznes vahidləri arasında müqayisəli performans təhlilləri aparmaq.
Konkret biznes problemi və ya performans dəyişikliyinin səbəblərini müəyyən etmək üçün “deep-dive” təhlillər aparmaq.
Rəhbərliyin diqqətini tələb edən əsas dəyişiklikləri, riskləri və imkanları müəyyən etmək.
Azərbaycan və Qrup üçün əhəmiyyətli olan regional qonaqpərvərlik bazarları üzrə məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək.
Azərbaycanı müvafiq regional və müqayisə edilə bilən qonaqpərvərlik bazarları ilə müqayisə etmək.
Bazarın inkişaf istiqamətini və Qrupun bizneslərinə potensial təsirini müəyyən etmək.
Qrupun əsas biznesləri üzrə müvafiq rəqib qruplarını müəyyən etmək və onlar haqqında məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək.
Beynəlxalq qonaqpərvərlik, sağlamlıq və rifah (wellness), kurort və Qrup üçün əhəmiyyətli olan digər sektorlar üzrə əsas tendensiyaları izləmək.
Aparıcı qonaqpərvərlik şirkətlərinin, operatorların və müqayisə edilə bilən portfellərin inkişafını, eləcə də biznes modellərindəki dəyişiklikləri araşdırmaq.
Texnologiyanın, süni intellektin (AI), müştəri davranışlarının, aktivlərin idarə edilməsinin, yeni hotel konseptlərinin və digər struktur dəyişikliklərinin sektora təsirini təhlil etmək.
Beynəlxalq hesabat və araşdırmalardan Qrup üçün əhəmiyyətli olan əsas nəticələri müəyyən etmək.
Xarici bazarlarda baş verən dəyişikliklərin Qrup üçün potensial təsirlərini qısa və praktiki formada təqdim etmək.
Biznes, bazar və rəqib məlumatlarını vahid və strukturlaşdırılmış analitik bazada saxlamaq.
Müxtəlif mənbələrdən daxil olan məlumatların düzgünlüyünü və müqayisə edilə bilməsini yoxlamaq.
Təkrarlanan analitik prosesləri və hesabatları mümkün qədər avtomatlaşdırmaq.
Power BI və digər analitik alətlər vasitəsilə rəhbərlik üçün dashboard-lar hazırlamaq.
Analitik modellər və vizualizasiya vasitəsilə böyük həcmli məlumatlardan əsas nəticələri çıxarmaq.
Tələblər
Təhsil:
Biznes Analitika, Statistika, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil.
İş təcrübəsi:
Data analitikası sahəsində minimum 5 il iş təcrübəsi.
Bilik və Bacarıqlar:
Böyük həcmli məlumatların toplanması, emalı, təhlili və interpretasiyası üzrə təcrübə.
SQL və Excel üzrə yüksək səviyyədə biliklər.
Power BI, Tableau və ya digər BI alətləri vasitəsilə interaktiv dashboard və hesabatların hazırlanması üzrə təcrübə.
Statistik təhlil, trend analizi, proqnozlaşdırma və məlumatların modelləşdirilməsi üzrə biliklər.
Güclü analitik düşünmə, problem həll etmə və detallara diqqət.
Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı. Rus dili biliyi üstünlükdür.
Digər üstünlüklər:
Nahar şirkət tərəfindən təmin edilir.
Korporativ nömrə və danışıq paketi.
Tibbi sığorta.
İş yeri:
Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ "TABIA GROUP" MMC