TABIA Group LLC

Baş Data Analitik

Bu gün

14

Təsvir

  • Qrup və biznes vahidləri üzrə əsas maliyyə, kommersiya və əməliyyat məlumatlarını vahid analitik formatda toplamaq və təhlil etmək.
  • Biznes nəticələrində tendensiyaları, kənarlaşmaları və performansa təsir edən əsas faktorları müəyyən etmək.
  • Faktiki nəticələri əvvəlki dövrlər, büdcə, bazar və müvafiq benchmark-larla müqayisə etmək.
  • Biznes vahidləri arasında müqayisəli performans təhlilləri aparmaq.
  • Konkret biznes problemi və ya performans dəyişikliyinin səbəblərini müəyyən etmək üçün “deep-dive” təhlillər aparmaq.
  • Rəhbərliyin diqqətini tələb edən əsas dəyişiklikləri, riskləri və imkanları müəyyən etmək.
  • Azərbaycan və Qrup üçün əhəmiyyətli olan regional qonaqpərvərlik bazarları üzrə məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək.
  • Azərbaycanı müvafiq regional və müqayisə edilə bilən qonaqpərvərlik bazarları ilə müqayisə etmək.
  • Bazarın inkişaf istiqamətini və Qrupun bizneslərinə potensial təsirini müəyyən etmək.
  • Qrupun əsas biznesləri üzrə müvafiq rəqib qruplarını müəyyən etmək və onlar haqqında məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək.
  • Beynəlxalq qonaqpərvərlik, sağlamlıq və rifah (wellness), kurort və Qrup üçün əhəmiyyətli olan digər sektorlar üzrə əsas tendensiyaları izləmək.
  • Aparıcı qonaqpərvərlik şirkətlərinin, operatorların və müqayisə edilə bilən portfellərin inkişafını, eləcə də biznes modellərindəki dəyişiklikləri araşdırmaq.
  • Texnologiyanın, süni intellektin (AI), müştəri davranışlarının, aktivlərin idarə edilməsinin, yeni hotel konseptlərinin və digər struktur dəyişikliklərinin sektora təsirini təhlil etmək.
  • Beynəlxalq hesabat və araşdırmalardan Qrup üçün əhəmiyyətli olan əsas nəticələri müəyyən etmək.
  • Xarici bazarlarda baş verən dəyişikliklərin Qrup üçün potensial təsirlərini qısa və praktiki formada təqdim etmək.
  • Biznes, bazar və rəqib məlumatlarını vahid və strukturlaşdırılmış analitik bazada saxlamaq.
  • Müxtəlif mənbələrdən daxil olan məlumatların düzgünlüyünü və müqayisə edilə bilməsini yoxlamaq.
  • Təkrarlanan analitik prosesləri və hesabatları mümkün qədər avtomatlaşdırmaq.
  • Power BI və digər analitik alətlər vasitəsilə rəhbərlik üçün dashboard-lar hazırlamaq.
  • Analitik modellər və vizualizasiya vasitəsilə böyük həcmli məlumatlardan əsas nəticələri çıxarmaq.


Tələblər

Təhsil:

  • Biznes Analitika, Statistika, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil.


İş təcrübəsi:

  • Data analitikası sahəsində minimum 5 il iş təcrübəsi.


Bilik və Bacarıqlar:

  • Böyük həcmli məlumatların toplanması, emalı, təhlili və interpretasiyası üzrə təcrübə.
  • SQL və Excel üzrə yüksək səviyyədə biliklər.
  • Power BI, Tableau və ya digər BI alətləri vasitəsilə interaktiv dashboard və hesabatların hazırlanması üzrə təcrübə.
  • Statistik təhlil, trend analizi, proqnozlaşdırma və məlumatların modelləşdirilməsi üzrə biliklər.
  • Güclü analitik düşünmə, problem həll etmə və detallara diqqət.
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı. Rus dili biliyi üstünlükdür.

Digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Korporativ nömrə və danışıq paketi.
  • Tibbi sığorta.

 

İş yeri:

  • Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ "TABIA GROUP" MMC


Vakansiya haqqında

Son tarix

October 21, 2026

Paylaşılıb

sentyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

İaşə, Turizm və Otel