TABIA Group LLC

Kiçik auditor/Auditor

Bu gün

11

Təsvir

  • Sənədləri nəzərdən keçirmək, daxili qayda və prosedurlara uyğun formada hazırlanmasını yoxlamaq;
  • Müəyyən edilmiş standartlara uyğun olaraq və büdcədə nəzərdə tutulmuş müddətlərdə audit yoxlamalarını və digər tapşırıqları yerinə yetirmək;
  • Məhdud nəzarət altında audit prosedurlarını yerinə yetirmək, prosesləri sənədləşdirmək;
  • Cari audit prosedurlarını qiymətləndirmək, lazım gəldikdə dəyişikliklər təklif etmək və prosedurları təkmilləşdirmək;
  • Müəyyən edilmiş riskləri aradan qaldırmaq və ya azaltmaq üçün tövsiyələri özündə əks etdirən yekun audit hesabatlarını hazırlamaq və ya hazırlanmasında köməklik göstərmək;
  • Yazılı hesabatlar və təqdimatlar vasitəsilə audit yoxlama nəticələrini rəhbərliyə çatdırmaq və ya çatdırılmasında köməklik göstərmək;
  • Müəyyən edilən risklərin rəhbərlik tərəfindən aradan qaldırılmasını yoxlamaq üçün izləmə audit yoxlamalarını həyata keçirmək;
  • Şirkət və departament daxilində effektiv əlaqələr qurmaq və inkişaf etdirmək;
  • Daxili və ya kənar təlimlərə qoşularaq peşəkar bacarıqları inkişaf etdirmək və iş mühitində qazanılan bacarıqları tətbiq etmək;
  • Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Audit və ya maliyyə/ mühasibatlıq sahəsində müvafiq iş təcrübəsi;
  • Yerli və beynəlxalq mühasibat uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
  • Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili – işgüzar səviyyədə bilmək arzuolunandır;

Vakansiya haqqında

Son tarix

August 16, 2026

Paylaşılıb

iyul 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə