TABIA Group LLC
Ana səhifə
/
/
/
Kreditor borcları üzrə mühasib

Kreditor borcları üzrə mühasib

Bu gün

28

Təsvir

Əsas vəzifə və öhdəliklər:



  • Təchizatçılardan daxil olan hesab-fakturaların, qaimələrin və digər maliyyə sənədlərinin qəbul edilməsi və yoxlanılması.
  • Sənədlərin satınalma sifarişləri (PO), qəbul aktları və müqavilələrlə uyğunluğunu yoxlamaq.
  • Hesab-fakturaların ERP və ya mühasibat proqramında vaxtında qeydiyyata alınmasını təmin etmək.
  • Təchizatçılar üzrə kreditor borclarının uçotunu aparmaq və mütəmadi olaraq üzləşdirmələr həyata keçirmək.
  • Ödəniş cədvəllərini hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək.
  • Bank ödənişləri üçün sənədləri hazırlamaq və ödənişlərin vaxtında icrasını izləmək.
  • Avans ödənişlərinin və onların bağlanmasının uçotunu aparmaq.
  • Təchizatçılarla hesablaşmalar üzrə yaranan fərqləri araşdırmaq və aradan qaldırmaq.
  • Ay sonu bağlanış prosesində kreditor borcları üzrə hesabatların hazırlanmasını təmin etmək.
  • Vergi qanunvericiliyi və mühasibat standartlarına uyğun sənədləşməni təmin etmək.
  • Xarici və daxili auditlər zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək.
  • Maliyyə şöbəsinin digər tapşırıqlarını və rəhbərlik tərəfindən verilən göstərişləri yerinə yetirmək

Tələblər

Tələblər:

 

  • Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil.
  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi (otel və ya hospitality sahəsində təcrübəyə üstünlük verilir).
  • Kreditor borcları üzrə uçot prinsiplərini yaxşı bilmək.
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat uçotu qaydaları barədə bilik.
  • MS Excel proqramını yüksək səviyyədə bilmək.
  • ERP və ya mühasibat proqramları ( İSCALA, 1C ) ilə işləmək bacarığı.
  • Analitik düşünmə və detallara diqqət.
  • Planlaşdırma və vaxtın effektiv idarə olunması.
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
  • Məxfi maliyyə məlumatları ilə işləmək bacarığı.



İş vaxtının norması:


  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: 2 (iki) gün;


Vəzifə üzrə digər üstünlüklər:


  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Könülü tibbi sığorta;


İş Yeri:


  • Fəaliyyət ünvanı: Şamaxı şəhəri, SHAMAKHİ PALACE SHARADIL HOTEL



Vakansiya haqqında

Son tarix

August 21, 2026

Paylaşılıb

iyul 22, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

İaşə, Turizm və Otel

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)