TABIA Group LLC

Xilasedici (Lifeguard)

Dünən

278

Təsvir

  •  Hovuzun kənarında növbə çəkmək, hovuz və sauna avadanlığının işinə nəzarət etmək.
  • Qonaqların hovuz və sauna ərazisində təhlükəsiz və rahat olmasını təmin etmək.
  • Suda boğulanlara operativ yardımın göstərilməsi üçün xilasetmə vasitələrinin hazırlığına nəzarət etmək.
  • Müxtəlif vasitə, metod və üsullardan istifadə etməklə üzmək öyrədilməsinin təşkili.
  • Suda bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq üçün müştərilərə təhlükəsiz davranış qaydalarını izah etmək.
  • Avadanlıq və mülkiyyətin qorunmasını, yanğından mühafizəni və xilasetmə postunda sanitar vəziyyəti təmin etmək.
  • Əmək intizamı, texniki təhlükəsizlik qaydalarına riayət etmək və müəyyən edilmiş sənədləşdirməni aparmaq.
  • Fövqəladə hallarda müştərilərə təcili yardım göstərmək
  • Həkimin gəlməsindən əvvəl ilk yardım göstərmək.
  • Özünün fiziki və xüsusi tibbi hazırlığını təkmilləşdirmək.
  • İcra edilən işlə bağlı aşkar edilmiş bütün pozuntular və çatışmazlıqlar barəsində birbaşa rəhbərini məlumatlandırmaq.
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.


Tələblər

Təhsil:

  • İlk yardım və xilasedici təlimi (məsələn, Red Cross və ya başqa tanınmış təşkilatların təlimləri).
  • Müvafiq təhlükəsizlik sertifikatları (məsələn, Lifeguard Certification).


İş təcrübəsi:

  • Hovuz və su obyektlərində təhlükəsizlik və nəzarət sahəsində təcrübə üstünlük təşkil edir.


Bilik və Bacarıqlar:

  • Boğulma və digər su ilə bağlı qəza hallarına qarşı xilasetmə və ilk yardım bacarıqları.
  • Hovuz təhlükəsizliyi və su obyektlərindəki təhlükəsizlik qaydaları barədə biliklər.
  • Fövqəladə vəziyyətlərə reaksiyalı olmaq və doğru qərarlar vermək bacarığı.
  • İyi müşahidə qabiliyyəti və diqqətlilik.
  • Yaxşı ünsiyyət bacarıqları və müştərilərlə münasibət qurma bacarığı.
  •  Azərbaycan dili – sərbəst.
  •  Rus və ya ingilis dili – yaxşı səviyyədə.

Vakansiya haqqında

Son tarix

December 13, 2026

Paylaşılıb

noyabr 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

İaşə, Turizm və Otel