İşçilərin əməyin mühafizəsi üzrə bilik və bacarıqlarının inkişaf etməsi məqsədi ilə təlimatlandırmaq və qiymətləndirmək;
Sahə üzrə yoxlamalar apararaq təhlükələri müəyyən etmək və qabaqlayıcı tədbirlər tövsiyyə etmək.
İstehsal qəzalarının səbəblərinin araşdırılmasında iştirak etmək və oxşar qəzaların baş verməməsinə nəzarət etmək
Fövəqladə hallar və Mülki Müdafiə praktiki məqşələlərin keçirilməsini təşkil etmək
İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etmək.
Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçirmək.
Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlər tövsiyyə etmək və icrasına nəzarət etmək.
Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində, əməyin mühafizəsi tələblərinə müvafiq ış yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək.
Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək.
Təxliyyə planı və yanğın əməliyyat planlarının hazırlanmasında iştirak etmək və planlara uyğun olaraq yanğınla mübarizə və fövqəladə hallara hazırlıq məşqələlərini təşkil etmək.
Avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinin təşkil və nəzarət etmək.
Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək.
Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə görülən işlər zamanı sexlərin, sahələrin, qurğuların, iş yerlərinin, istehsalat avadanlıqlarının, maşınların mexanizmlərin, sanitariya-gigiyena və məişət otaqlarının təhlükəsizlik qayda, norma və standartlarının tələblərinə uyğun olmaları, kompleks təşkilati,texniki, sanitariya-gigiyena, sosial-iqtisadi və digər tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə nəzarəti təmin etmək.
Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
Əməyin mühafizəsi üzrə təlimatların hazırlanması vacib olan peşə və iş növlərinin siyahısına uyğun olaraq bölmələrdə işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların mövcudluğuna və vaxtında onlara yenidən baxılmasına nəzarət etmək.
Müəssisənin bölmə rəhbərləri və digər xidmətləri ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək;
Tələblər
Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi.
Ali təhsil.
MS Office proqramlarında işləmə bacarığı.
Azərbaycan və ingilis dillərində sərbəst yazı və danışıq bacarığı.
FHN şəhadətnaməsi, IOSH Managing Safely və ya NEBOSH IGC sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.