Umid Babek Operating Company

Mexanika Mühəndisi

Bu gün

122

Təsvir

  • Avadanlıqlarının texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, təyinatını, iş rejimini və istismarı qaydalarını bilmək və riayət etmək;
  • İstehsalat sahələrində quraşdırılmış avadanlıqların fasiləsiz və təhlükəsiz istismarını təmin etmək;
  • İstehsalat sahələrində yeni avadanlıqların qəbul edilməsi və quraşdırılmasında iştirak etmək;
  • İstehsalat sahələrində istismarda olan avadanlıqların təmiri və xidmətini təşkil etmək;
  • Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
  • Sınaq və təcrübələrin keçirilməsində və alınmış nəticələrin təhlil olunmasında iştirak etmək;
  • Yeni avadanlıqların qəbulu və quraşdırılması, ağır və həcmli mexaniki vasitələrinin tətbiqi üzrə işlərdə iştirak etmək;
  • İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;
  • Birbaşa rəhbərinə həftəlik, aylıq və illik hesabatlar hazırlayaraq təqdim etmək.
  • Bütün avadanlıqların qəzasız və etibarı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətlərinin həyata keçirilməsini təşkil etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək və onlara riayət etmək;
  • Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək.

Tələblər

  • Mexanika mühəndisi və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Neft-qaz sənayesində mexaniki avadanlıqların istismarı, texniki xidmət və təmir sahəsində minimum 3 il iş təcrübəsi;
  • Neft-qaz qurğularının, istehsalat avadanlıqlarının və texnoloji sistemlərinin iş prinsipləri haqqında biliklər;
  • Təzyiq altında işləyən separator və tutumlar, nasoslar, mexaniki avadanlıqlar üzrə praktik bilik, həmçinin təcrübə;
  • Mexaniki avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması üzrə biliklər;
  • Mexaniki avadanlıqların quraşdırılması, istismara verilməsi və texniki baxış və təmiri üzrə biliklər;
  • Texniki çertyojları, P&İD sxemləri, avadanlıq pasportlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
  • Mexaniki avadanlıqların etibarlılığının artırılması və istismar müddətinin uzadılması üzrə biliklər;
  • Risklərin qiymətləndirilməsi, İşlərin  icrasına icazə (PTW) prosedurları haqqında biliklər;
  • Təzyiq altında işləyən avadanlıqların təhlükəsiz istismarı üzrə tələbləri bilmək;

Vakansiya haqqında

Son tarix

November 14, 2026

Paylaşılıb

noyabr 3, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Digər