Triger zəncirlərinin ssenarilərinin hazırlanması: müştəri yolunun təhlili, əsas hadisələrin və problemlərin müəyyən edilməsi, onlara reaksiya vermək və biznes göstəricilərini və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün avtomatik ssenarilərin tənzimlənməsi.
CDP Bloomreach (Exponea) platformasında mobile push, sms, pop app, email, telesales kanallarında triger mesajların tənzimlənməsi: triggerlərin qurulması, seqmentlərin formalaşdırılması, ssenari məntiqinin, məzmunun və göndərmə kanallarının yaradılması.
Triger mesajları üçün məzmunun hazırlanması: push, sms, email, pop app üçün rus və azərbaycan dillərində mətnlərin yazılması, dizayner üçün vizual elementlərin hazırlanması tapşırıqlarının verilməsi, pop app və email şablonlarının tərtibatı.
Triger zəncirlərinin effektivliyinin təhlili: hədəf və nəzarət qruplarına aid metrikaların – open rate, click rate, CPA, CR (sifariş/alış), uplift buyers, uplift GMV, ROI və s. təhlili, nəticələrə əsaslanaraq çıxarışların və təkliflərin hazırlanması.
Triger kommunikasiya kanallarında AB testlərinin aparılması.
CDP-nin təkmilləşdirilməsi üçün texniki komandaya tapşırıqların verilməsi, triger kommunikasiya təkmilləşdirmələri üçün CDP podratçısı ilə müntəzəm görüşlərin keçirilməsi.
Müştəri təcrübəsinin yaxşılaşdırılması məqsədilə digər komandalarla (marketinq, CX, kommersiya, logistika və s.) əməkdaşlıq.
Tələblər
CRM-də (müştərilərlə fərdi kanallar vasitəsilə kommunikasiya qurulması) ən azı 2 illik iş təcrübəsi.
Müştərilərlə kommunikasiya əsasları, kontakt siyasəti və auditoriyanın seqmentləşdirilməsi prinsiplərini başa düşmək.
Kommunikasiyalarda AB testlərinin aparılması təcrübəsi.
Triger kampaniyalarının effektivliyini qiymətləndirmək üçün analitik bacarıqlar.
Müxtəlif kommunikasiya kanalları üçün satıcı və kreativ məzmun yazmaq bacarığı.
Azərbaycan və rus dili bilməli, ingilis dili arzuolunandır