Umico.az

CRM Manager

  • Umico.az
  • 57 Üzeyir Hacıbəyov, Bakı, Азербайджан
  • Tam ştat

02-06-2025

402

Təsvir

  • Triger zəncirlərinin ssenarilərinin hazırlanması: müştəri yolunun təhlili, əsas hadisələrin və problemlərin müəyyən edilməsi, onlara reaksiya vermək və biznes göstəricilərini və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün avtomatik ssenarilərin tənzimlənməsi.
  • CDP Bloomreach (Exponea) platformasında mobile push, sms, pop app, email, telesales kanallarında triger mesajların tənzimlənməsi: triggerlərin qurulması, seqmentlərin formalaşdırılması, ssenari məntiqinin, məzmunun və göndərmə kanallarının yaradılması.
  • Triger mesajları üçün məzmunun hazırlanması: push, sms, email, pop app üçün rus və azərbaycan dillərində mətnlərin yazılması, dizayner üçün vizual elementlərin hazırlanması tapşırıqlarının verilməsi, pop app və email şablonlarının tərtibatı.
  • Triger zəncirlərinin effektivliyinin təhlili: hədəf və nəzarət qruplarına aid metrikaların – open rate, click rate, CPA, CR (sifariş/alış), uplift buyers, uplift GMV, ROI və s. təhlili, nəticələrə əsaslanaraq çıxarışların və təkliflərin hazırlanması.
  • Triger kommunikasiya kanallarında AB testlərinin aparılması.
  • CDP-nin təkmilləşdirilməsi üçün texniki komandaya tapşırıqların verilməsi, triger kommunikasiya təkmilləşdirmələri üçün CDP podratçısı ilə müntəzəm görüşlərin keçirilməsi.
  • Müştəri təcrübəsinin yaxşılaşdırılması məqsədilə digər komandalarla (marketinq, CX, kommersiya, logistika və s.) əməkdaşlıq.

Tələblər

  • CRM-də (müştərilərlə fərdi kanallar vasitəsilə kommunikasiya qurulması) ən azı 2 illik iş təcrübəsi.
  • Müştərilərlə kommunikasiya əsasları, kontakt siyasəti və auditoriyanın seqmentləşdirilməsi prinsiplərini başa düşmək.
  • Kommunikasiyalarda AB testlərinin aparılması təcrübəsi.
  • Triger kampaniyalarının effektivliyini qiymətləndirmək üçün analitik bacarıqlar.
  • Müxtəlif kommunikasiya kanalları üçün satıcı və kreativ məzmun yazmaq bacarığı.
  • Azərbaycan və rus dili bilməli, ingilis dili arzuolunandır

Vakansiya haqqında

Son tarix

July 12, 2025

Paylaşılıb

iyun 2, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik

İmtiyazlar

  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Tibbi Sığorta (işçini əhatə edən)