Umico.az
Ana səhifə
/
/
/
Satınalma üzrə Mütəxəssis – Avadanlıq və Qablaşdırma

Satınalma üzrə Mütəxəssis – Avadanlıq və Qablaşdırma

  • Umico.az
  • Kamil Balakişiyev, Азербайджан
  • Tam ştat

04-06-2025

290

Təsvir

  • Logistika istiqaməti üzrə (daşıma xidmətləri, anbar avadanlıqları, qablaşdırma materialları və əlaqəli logistika xidmətləri daxil olmaqla) satınalma fəaliyyətinin tam dövrünü həyata keçirmək.
  • Rəqabətli prosedurların (tenderlərin) hazırlanması və keçirilməsi, kommersiya təkliflərinin təhlili və optimal təchizatçıların seçilməsi.
  • Logistika həlləri bazarının təhlili və yerli və beynəlxalq səviyyədə effektiv təchizatçıların müəyyən edilməsi.
  • Təchizatçılar və logistika xidmət təminatçıları ilə korporativ standartlara uyğun müqavilələrin hazırlanması və danışıqların aparılması.
  • Satınalmaların səmərəli həyata keçirilməsi məqsədilə daxili struktur bölmələrlə (logistika, anbar, maliyyə, hüquq) qarşılıqlı əlaqənin təmin edilməsi.
  • Müqavilə öhdəliklərinin, təchizat müddətlərinin və təqdim olunan xidmətlərin keyfiyyətinin müəyyən olunmuş şərtlərə uyğunluğunun nəzarətdə saxlanılması.
  • Təsdiqlənmiş büdcəyə riayət olunması və logistika üzrə satınalma xərclərinə nəzarət.
  • Satınalma sənədlərinin idarə olunması və informasiya sistemlərində (1C, SAP, SharePoint və s.) işləmək.
  • Anbar avadanlıqlarının satınalınması:
  • rəf sistemləri, anbar texnikası, arabalar, mobil mexanizmlər və konveyerlər
  • Anbar üçün IT avadanlıqları:
  • skanerlər, printerlər, terminal cihazları və əlaqəli texnika
  • Anbar proseslərinin avtomatlaşdırılması
  • Qablaşdırma materialları:
  • qutular, paketlər, etiketlər və digər sərfiyyat materialları
  • Təchizatla bağlı logistika, anbar və IT komandaları ilə koordinasiya

Tələblər

  • Ali təhsil (logistika, iqtisadiyyat, təchizat zəncirinin idarə olunması və ya əlaqəli sahələr üzrə arzuolunandır).
  • Logistika xidmətləri və/və ya avadanlıqlarının satınalması sahəsində azı 2–3 il iş təcrübəsi.
  • Logistika prosesləri, təchizat strukturu və yerli və beynəlxalq təchizatçılarla iş xüsusiyyətləri barədə biliklər.
  • Danışıqlar aparmaq, müqavilələri hazırlamaq və razılaşdırmaq bacarıqları.
  • Tender prosedurları, təkliflərin analizi və satınalma sənədlərinin hazırlanması üzrə təcrübə.
  • MS Excel və Word proqramlarında sərbəst işləmək bacarığı; ERP sistemlərində (1C, SAP) təcrübə üstünlükdür.
  • Məsuliyyətlilik, analitik düşüncə, nəticəyə yönəliklik və komandada effektiv işləmək bacarığı.
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili arzuolunandır.

Vakansiya haqqında

Son tarix

July 14, 2025

Paylaşılıb

iyun 4, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • DeyerliSen (Pasha Group Loyalty Program)
  • Tibbi Sığorta (işçini əhatə edən)