İdarəetmə qurulması:
- Şirkətin ehtiyaclarına uyğun olaraq satınalma siyasət və prosedurlarının hazırlanması, qeyri-kommersiya satınalma istiqamətində proseslərin və təsdiq addımlarının dizayn edilməsi.
- Biznes, əməliyyatlar, hüquq, maliyyə, risk və digər əsas maraqlı tərəflərlə aktiv işləyərək səmərəli, nəzarətli və şəffaf satınalma proseslərinin qurulması, həmçinin bu proseslərin biznesin böyüməsinə uyğunlaşdırılması.
- Umico Market-in özünün satıcı olduğu hallarda ticarət yönümlü satınalmalar üzərində ümumi nəzarət çərçivəsinin hazırlanması.
- Satınalma təcrübələrinin PASHA Holding-in standartlarına və sahəyə uyğun tələblərə uyğun olmasını təmin etmək.
Satınalma əməliyyatlarının idarə edilməsi:
- İllik planlaşdırma, sorğuların idarə olunması (PR/PO), təchizat, tender prosesi, müqavilələrin bağlanması, fakturaların işlənməsi, təchizatçıların idarə edilməsi və hesabatlılıq da daxil olmaqla geniş spektrdə əməliyyatların icrası.
- Şirkətin illik satınalma planının hazırlanması və büdcə prosesinə inteqrasiyasının təşkili.
- Təchizatçıların əvvəlcədən seçim mərhələsinə cəlb olunması imkanlarının dəyərləndirilməsi.
- Maya dəyərinin azaldılması, keyfiyyətin yüksəldilməsi və təchizatçıların şaxələndirilməsi məqsədilə strategiyaların hazırlanması.
- Müqavilə pozuntuları, təchizat zəncirində kəsintilər, qiymət dəyişiklikləri və digər təchizatçı risklərinin proaktiv idarə olunması.
Hesabatlılıq və performansın idarə edilməsi:
- Satınalma effektivliyini ölçmək üçün göstəricilərin tətbiqi (xərclərə qənaət, təchizat müddəti, təchizatçı performansı, sinerji imkanlarının istifadəsi və s.).
- Şəffaflığın təmin edilməsi və satınalma fəaliyyətləri üzrə düzgün hesabat mexanizmlərinin qurulması, təkmilləşmə imkanlarının müəyyənləşdirilməsi.
Tələb olunan kompetensiyalar:
- Təşkilati bacarıqlar: Aydın satınalma vizyonunun qurulması, komandanın motivasiyası və məqsədlərə yönəldilməsi.
- Dəyişikliklərin idarə olunması: Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması sahəsində təcrübə.
- Güclü təchizat və danışıqlar bacarıqları: Təchizatçılarla münasibətlərin qurulması və sərfəli şərtlərlə razılaşmaların əldə olunması.
- Maraqlı tərəflərlə əlaqə: Rəhbərlik və digər struktur nümayəndələri ilə effektiv ünsiyyət və fikir paylaşımı bacarığı.
- Etik və hüquqi uyğunluq: Yüksək etik dəyərlər və peşəkar davranış prinsipləri.