Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Anderraytinq üzrə Baş Mütəxəssis/Ekspert

Anderraytinq üzrə Baş Mütəxəssis/Ekspert

Bu gün

128

Təsvir

  • Müştərinin maliyyə vəziyyətinin, pul axınlarının, biznes modelinin və kredit tarixçəsinin dərin analizi;
  • Risk amillərinin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Məbləğin, müddətin, faiz dərəcəsinin, təminatın, kovennatların və ödəniş qrafikinin optimallaşdırılması;
  • Bankın risk iştahası və siyasətinə uyğun təkliflərin hazırlanması;
  • Hər bir müraciət üzrə peşəkar anderraytinq rəyi və kredit memorandumunun verifikasiyası;
  • Qərarverici komitələr üçün əsaslandırılmış tövsiyələrin verilməsi;
  • Girovların keyfiyyətinin, likvidliyinin, hüquqi statusunun və adekvatlığının yoxlanılması;
  • LTV, coverage və digər əsas göstəricilərin hesablanması;
  • Monitorinq və Risk idarəetməsi bölmələrindən daxil olan məlumatların nəzərə alınması;
  • Problemli və sərhədli (borderline) əməliyyatların müzakirələrində iştirak edilməsi;
  • Mərkəzi Bankın normativlərinə, daxili kredit siyasətinə, limit və səlahiyyət matrislərinə uyğun qərar tövsiyələrinin verilməsi;
  • Anderraytinq standartlarının təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Kredit portfeli keyfiyyətinə təsir edən qərarların monitorinqi.

Tələblər

  • Ali təhsil (maliyyə, bank işi, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
  • Bank sektorunda minimum 3–5 il müvafiq sahədə iş təcrübəsi (anderraytinq, korporativ / KOB / mikro kreditləşmə, risklərin idarə edilməsi);
  • Peşəkar sertifikatlar (ACCA, CFA, FRM və s.) üstünlük hesab olunur;
  • Kompleks kredit əməliyyatları, təminatlı və təminatsız məhsullar üzrə praktiki təcrübənin olması;
  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti) təhlili üzrə güclü biliklər;
  • Kredit risklərinin qiymətləndirilməsi metodologiyaları, DTI, DSCR, LTV və digər əsas göstəricilərin hesablanması üzrə biliklər;
  • Təminatların növləri, qiymətləndirilməsi və hüquqi tələblər barədə anlayışın olması;
  • Mərkəzi Bankın normativləri, bankın daxili kredit siyasəti və səlahiyyət matrisləri ilə işləmək bacarığı;
  • MS Excel və digər analitik alətlərlə sərbəst işləmək bacarığı;
  • Bankın DMS/LOS sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
  • Güclü analitik düşüncə və risk yönümlü yanaşma.


Vakansiya haqqında

Son tarix

February 25, 2026

Paylaşılıb

yanvar 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə