Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Biznes Proseslərinin İdarə edilməsi şöbəsinin Mütəxəssisi/ Baş Mütəxəssisi

Biznes Proseslərinin İdarə edilməsi şöbəsinin Mütəxəssisi/ Baş Mütəxəssisi

Bu gün

12

Təsvir

  • Mövcud biznes prosesləri təhlil etmək, funksiyaların təkrarlanmasını və səmərəsiz mərhələləri müəyyən etmək, proseslərin "As-Is""To-Be" modellərini hazırlamaq;
  • Biznes proseslərinin optimallaşdırılması, standartlaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Proseslərin icra müddətinin, əməliyyat xərclərinin və əl əməyinin azaldılması məqsədilə təkmilləşdirmə təşəbbüsləri hazırlamaq;
  • Biznes tələblərini toplamaq, təhlil etmək və texniki komandalar üçün funksional tələblər hazırlamaq;
  • Yeni biznes proseslərinin, rəqəmsal həllərin, sistem inteqrasiyalarının və avtomatlaşdırma layihələrinin hazırlanması və tətbiqində iştirak etmək;
  • Avtomatlaşdırılacaq proseslər üzrə funksional və biznes tələblərini hazırlamaq, onların icrasına nəzarət etmək və test prosesində iştirak etmək;
  • Biznes prosesləri üzrə normativ sənədləri, prosedurları, təlimatları və proses xəritələrini hazırlamaq və mütəmadi yeniləmək;
  • Yeni proseslərin tətbiqi zamanı aidiyyəti struktur bölmələri arasında koordinasiyanı təmin etmək və layihə iştirakçıları ilə effektiv əməkdaşlıq qurmaq;
  • İcra olunan layihələr üzrə təqdimatlar, analitik hesabatlar və rəhbərlik üçün məlumat materialları hazırlamaq;
  • Bankın daxili siyasət və prosedurlarına, eləcə də tənzimləyici tələblərə uyğunluğun təmin edilməsində iştirak etmək.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya  İnformasiya texnologiyaları üzrə);
  • BPM, biznes proseslərinin təhlili, optimallaşdırılması və ya biznes analitikası sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Biznes proseslərinin modelləşdirilməsi, As-IsTo-Be proseslərinin hazırlanması üzrə praktiki təcrübə;
  • Biznes tələblərinin toplanması, təhlili və funksional tələblərin hazırlanması üzrə təcrübə;
  • Rəqəmsallaşdırma, proseslərin avtomatlaşdırılması və sistem inteqrasiyası layihələrində iştirak təcrübəsi;
  • Proses performansının ölçülməsi (KPI, SLA) və davamlı təkmilləşdirilməsi üzrə təcrübə;
  • Normativ sənədlərin, prosedurların və proses xəritələrinin hazırlanması təcrübəsi;
  • MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yüksək səviyyədə işləmək bacarığı;
  • İngilis dilini ən azı Intermediate, rus dili biliyi arzuolunandır;
  • Bank sektorunda iş təcrübəsi, bank məhsulları, əməliyyat prosesləri və ödəniş sistemləri üzrə biliklər;
  • Visio, Bizagi, ARIS və ya digər proses modelləşdirmə alətləri ilə işləmək bacarığı;
  • SQL (Oracle) üzrə əsas biliklər;
  • Agile, Scrum və ya Waterfall metodologiyaları üzrə ümumi biliklər;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Effektiv ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;


Vakansiya haqqında

Son tarix

August 8, 2026

Paylaşılıb

iyul 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə