Daxil olan sifariş və müraciətlərin qəbulu, müvafiq xərc maddələri üzrə qeydiyyatının aparılması və təsdiq edilmiş büdcəyə uyğunluğunun yoxlanılması;
Xərc əməliyyatlarının büdcəyə uyğunluğuna nəzarət edilməsi, müvafiq məlumatların daxili məlumat bazaları ilə üzləşdirilməsi və aşkar edilmiş fərqlərin təhlil edilməsi;
Xərclərin dövri uçotunun aparılması;
Rəhbərliyə təqdim edilmək üçün dövri maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
ABC məqsədləri üçün xərclərin müvafiq xərc mərkəzləri üzrə bölüşdürülməsi.
Tələblər
İqtisadiyyat, maliyyə və ya müvafiq sahələr üzrə ali təhsil;
Bank sektorunda maliyyə, büdcələşdirmə, maliyyə təhlili və ya xərc nəzarəti istiqamətində ən azı 1 il iş təcrübəsi;
Analitik düşünmə, hesablama və məlumatları təhlil etmə bacarığı;
Böyük həcmli məlumatlarla işləmək bacarığı;
MS Office proqramları, xüsusilə Microsoft Excel üzrə praktiki biliklər;
SQL sorğularının yazılması üzrə bilik və bacarıqlara malik olmaq üstünlük hesab olunur