Daxili audit funksiyasında data əsaslı audit və davamlı audit yanaşmalarının tətbiqi və inkişafına aktiv töhfə vermək, o cümlədən analitik nəzarət mexanizmlərinin və avtomatlaşdırılmış audit prosedurlarının qurulmasında iştirak etmək.
- Audit proqramlarının hazırlanması, audit prosedurlarının icrası və audit sübutlarının toplanması istiqamətində dəstək;
- Audit nəticələri üzrə müşahidələrin, risk qiymətləndirmələrinin və tövsiyələrin hazırlanmasında dəstək;
- Audit tapıntıları üzrə razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin müntəzəm təqibi;
- Risk əsaslı audit yanaşmasının və daxili audit metodologiyasının inkişafına töhfə verilməsi;
- Data analitika alətlərindən istifadə etməklə audit prosedurlarının icrasında iştirak edilməsi və audit sübutlarının analitik üsullarla əldə edilməsinin təmin edilməsi;
- Daxili audit funksiyası daxilində davamlı audit (continuous auditing) və davamlı monitorinq yanaşmalarının qurulması və tətbiqi istiqamətində Data Analitikası və Avtomatlaşdırma komandası ilə əməkdaşlıq edilməsi;
- Təkrarlanan audit yoxlamalarının avtomatlaşdırılması və analitik əsaslı audit yanaşmalarının inkişafına töhfə verilməsi.