
Bu gün
146
· Kredit məhsulları üzrə dələduzluq risklərinin aşkarlanması, araşdırılması və qarşısının alınmasında lider icraçı olaraq iştirak etmək, kök səbəbləri təhlil edib nəzarət mexanizmləri üzrə təkliflər vermək və maliyyə/reputasiya zərərinin minimuma endirilməsini təmin etmək;
· Kredit müraciətləri və mövcud kredit portfeli üzrə dələduzluq indikatorlarını (red flags) formalaşdırmaq, yeniləmək və risk əsaslı prioritetləşdirmə modeli tətbiq etməklə davamlı izləmək;
· Daxili sistemlərdən (CRM və kredit platforması, skorinq, loglar, ödəniş intizamı və s.) məlumatları toplayaraq strukturlaşdırılmış keyslər yaratmaq, məlumatların tamlığını/uyğunluğunu yoxlamaq və şübhəli nümunələri analitik yanaşma ilə aşkar etmək;
· Skorinq proseslərində tətbiq olunan antifraud qaydalarının və nəzarət mexanizmlərinin hazırlanması və optimallaşdırılması;
· Şübhəli kredit müraciətləri və verilmiş kreditlər üzrə araşdırma planını hazırlamaq, araşdırmanın həcmini və metodunu (verifikasiya, çarpaz yoxlama, əlavə mənbə ilə təsdiqləmə və s.) risk səviyyəsinə uyğun seçmək və icra etmək;
· Müraciət sənədlərinin, gəlir/iş yeri məlumatlarının, əlaqə məlumatlarının, təminat/əmlak sənədlərinin yoxlanılması və çarpaz təsdiqlənməsini aparmaq, ziddiyyət və uyğunsuzluqlar üzrə əsaslandırılmış rəy formalaşdırmaq;
· Skorinq və qeyri-skorinq kredit axınları üzrə dələduzluq hallarında kök səbəb analizini aparmaq;
· Avtomatlaşdırılmış və hibrid model kredit proseslərində (STP, pre-approval və s.) nəzarət mexanizmlərinin gücləndirilməsi;
· Kredit prosesində dələduzluq riskini azaldan nəzarət tədbirlərini (əlavə verifikasiya addımları, risk əsaslı təsdiq səviyyələri, eskalasiya qaydaları, istisnaların idarə edilməsi, limitlər və s.) hazırlamaq, əsaslandırmaq və tətbiqinə metodoloji dəstək göstərmək;
· Dələduzluq halları üzrə məlumat bazasının (case register) aparılmasına nəzarət etmək, təkrarlanan indikatorlar və sxemlər üzrə trend analitikası aparmaq və mütəmadi təkmilləşdirmə təklifləri vermək.
· Ali təhsil (maliyyə üzrə, iqtisadiyyat üzrə, riyaziyyat üzrə);
· Bank sahəsində ümumilikdə 2 il iş təcrübəsi, müvafiq sahədə ən azı 1 il;
· Oracle PL/SQL üzrə orta səviyyəli bilik; Power BI bilikləri üstünlükdür;
· Statistik biliklər və bank məhsulları üzrə məlumatlılıq;
· Məntiqi və analitik düşünmə qabiliyyəti;
· Kredit riskləri üzrə qanunvericilik və normativ sənədlər barədə bilik;
· Böyük məlumat bazası ilə işləmək və təqdimat hazırlamaq bacarığı;
· İngilis və ya rus dili üzrə bilik arzuolunandır;
· Daxili audit, nəzarət, risk (fraud), istehlak və ya mikro kredit analizi sahələrində təcrübə üstünlükdür.
Son tarix
March 14, 2026
Paylaşılıb
fevral 12, 2026
Vakansiya növü
Tam ştat

Unibank Kommersiya Bankı ● Bakı, Azərbaycan
Bu gün
151

Unibank Kommersiya Bankı ● Bakı, Azərbaycan
Bu gün
144

Unibank Kommersiya Bankı ● Mingəçevir, Azərbaycan
Bu gün
123

Unibank Kommersiya Bankı ● Bakı, Azərbaycan
Bu gün
238