Unibank Kommersiya Bankı

Hüquq meneceri

Bu gün

67

Təsvir

• Bankın fəaliyyət istiqamətləri üzrə hüquqi təminat prosesinə dəstək verilməsi, hüquqi risklərin strateji səviyyədə qiymətləndirilməsi və risklərin azaldılması üzrə mexanizmlərin formalaşdırılması;

• Rəhbərlik edəcəyi istiqamət üzrə yeni bank məhsulları, layihələr və biznes prosesləri üzrə hüquqi çərçivənin qurulması, hüquqi risklərin təhlilinin aparılması və müvafiq hüquqi strategiyaların hazırlanması;

• Kompleks, yüksək dəyərli və strateji əhəmiyyətli müqavilələr üzrə (o cümlədən beynəlxalq müqavilələr) hüquqi ekspertiza prosesinə rəhbərlik etmək, bankın mənafelərinin maksimum qorunmasını təmin edən hüquqi mövqelər formalaşdırmaq;

• Bankın daxili korporativ aktlarının hazırlanmasına dəstək göstərmək;

• Struktur bölmələr tərəfindən təqdim edilən hüquqi məsələlər üzrə hüquqi rəy vermək, biznes qərarlarının hüquqi risklər baxımından qiymətləndirilməsini təmin etmək;

• Qanunvericilikdə baş verən dəyişikliklərin davamlı monitorinqinə nəzarət etmək;

• Xarici və yerli dövlət qurumları, tənzimləyici orqanlar, hüquq-mühafizə orqanları ilə hüquqi məsələlər çərçivəsində kommunikasiya və münasibətlərin idarə edilməsi;

• Komanda üzvlərinin fəaliyyətinə nəzarət, iş yükünün bölüşdürülməsi və peşəkar inkişafının təmin edilməsi üçün tədbirlər görmək.

Tələblər

• Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi üstünlükdür);

• Korporativ hüquq/bank hüququ/müqavilə hüququ sahəsində minimum 5 il peşəkar iş təcrübəsi (rəhbərlik və ya ekspert səviyyəsində təcrübə üstünlükdür);

• Azərbaycan Respublikasının mülki, bank, əmək, kommersiya və maliyyə qanunvericiliyini yüksək səviyyədə bilmək, tənzimləyici tələblərlə bağlı geniş praktiki təcrübə;

• Yüksək riskli müqavilələr, korporativ əməliyyatlar, daxili normativ sənədlər və hüquqi strategiyalar üzrə dərin ekspertiza;

• Hüquqi risklərin idarə edilməsi, hüquqi komplayens üzrə bilik və praktiki təcrübə;

• Qanunvericilikdəki dəyişikliklərin analitik təhlilini aparmaq və biznes qərarlarına təsirini əvvəlcədən proqnozlaşdırmaq bacarığı;

• İngilis və/və ya rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi bilik (hüquqi sənədləri sərbəst hazırlamaq və danışıqlar aparmaq bacarığı);

• Yüksək analitik düşüncə, strateji qərarvermə bacarığı, hüquqi hədəfləri biznesin məqsədləri ilə uzlaşdırmaq qabiliyyəti;

• Komanda idarəetmə, tapşırıqların planlaşdırılması, iş bölgüsü və performans nəzarəti təcrübəsi;

• Çətin situasiyalarda qərar vermək, Çoxfunksiyalı iş mühitində eyni vaxtda bir neçə tapşırığı koordinasiyalı şəkildə yerinə yetirmək bacarığı

• MS Office, süni intellekt, hüquqi araşdırma bazaları və müqavilə idarəetmə sistemlərindən peşəkar istifadə bacarığı;

• Güclü ünsiyyət və təqdimat bacarığı.

Vakansiya haqqında

Son tarix

January 13, 2026

Paylaşılıb

dekabr 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə