Hüquq komandamıza peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz Bankın fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində, hüquqi risklərin idarə olunmasında, strateji əhəmiyyətli hüquqi məsələlərin həllində və biznes qərarlarının qanunvericiliyin tələblərinə uyğun şəkildə dəstəklənməsində aktiv rol alacaqsınız.
Vəzifə öhdəlikləri
- Bankın fəaliyyət istiqamətləri üzrə hüquqi təminat prosesinə dəstək verilməsi, hüquqi risklərin strateji səviyyədə qiymətləndirilməsi və risklərin azaldılması üzrə mexanizmlərin formalaşdırılması;
- Yeni bank məhsulları, layihələr və biznes prosesləri üzrə hüquqi çərçivənin qurulması, hüquqi risklərin təhlilinin aparılması və müvafiq hüquqi strategiyaların hazırlanması;
- Kompleks, yüksək dəyərli və strateji əhəmiyyətli müqavilələr üzrə (o cümlədən beynəlxalq müqavilələr) hüquqi ekspertiza prosesinin həyata keçirilməsi, bankın mənafelərinin maksimum qorunmasını təmin edən hüquqi mövqelər formalaşdırılması;
- Bankın daxili korporativ aktlarının hazırlanmasına dəstək göstərilməsi;
- Struktur bölmələr tərəfindən təqdim edilən hüquqi məsələlər üzrə hüquqi rəy verilməsi, biznes qərarlarının hüquqi risklər baxımından qiymətləndirilməsinin təmin edilməsi;
- Qanunvericilikdə baş verən dəyişikliklərin davamlı monitorinqinə nəzarət edilməsi;
- Xarici və yerli dövlət qurumları, tənzimləyici orqanlar və hüquq-mühafizə orqanları ilə hüquqi məsələlər çərçivəsində kommunikasiya və münasibətlərin idarə edilməsi;
- Komanda üzvlərinin fəaliyyətinə nəzarət, iş yükünün bölüşdürülməsi və peşəkar inkişafının təmin edilməsi üçün tədbirlər görmək.