Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
İnsan Kapitalı üzrə Biznes Partnyor

İnsan Kapitalı üzrə Biznes Partnyor

17-02-2025

686

Təsvir

  • İnsan Kapitalı strategiyasını biznes strategiyasına uyğunlaşdırmaq üçün departament rəhbərləri ilə əməkdaşlıq etmək və uyğun HR həlləri təklif etmək;
  • Biznes istiqaməti üzrə illik İnsan Kapitalı tsiklini idarə etmək (vəzifə və əməkhaqqı artımları, bonuslar, imtiyazlar və s.);
  • İşə qəbul, performans idarəetməsi, təlim və inkişaf, motivasiya sistemlərinin effektiv icrasına nəzarət etmək və onların təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • İnsan resurslarının idarə olunması ilə bağlı analitik təhlillər aparmaq və rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək;
  • Kadr ehtiyaclarını təhlil edərək istedadların cəlbi və idarə edilməsi strategiyalarını hazırlamaq;
  • Rəhbərlər və əməkdaşlarla daimi ünsiyyətdə olmaq, heyət idarəçiliyinə dəstək vermək və işçi məmnuniyyətini artıracaq tədbirlər həyata keçirmək;
  • İnsan Kapitalı üzrə metrikaları və trendləri analiz edərək HR strategiyasının inkişafı üçün yeni ideyalar təklif etmək;
  • Əməkdaşların motivasiyasını və inkişafını təmin edəcək layihələr hazırlamaq və həyata keçirmək;
  • İnsan Resursları prosedurlarının icrasına nəzarət etmək və onların təkmilləşdirilməsi üçün təkliflər vermək.

Tələblər

  • Ali təhsil;
  • HR sahəsində ən azı 3 il, HR Generalist və Recruiter rolunda minimum 1 il iş təcrübəsi; bank sektoru üstünlükdür;
  • Əmək qanunvericiliyi tələbləri də daxil olmaqla, HR prinsipləri və praktikasının tətbiqi üzrə bilik və təcrübə;
  • Güclü liderlik bacarıqları, yüksək şəxsi hədəflər qoyma və müstəqil işləmək bacarığı;
  • Mükəmməl ünsiyyət və işgüzar münasibətlərin idarə edilməsi bacarığı;
  • Güclü analitik və strateji düşünmə bacarığı;
  • Vaxtın idarə edilməsi, təşkilatçılıq və prioritetləşdirmə bacarıqları;
  • Azərbaycan və rus dillərində sərbəst bilik, ingilis dili bilmək arzuolunandır;
  • HR sertifikatı üstünlükdür.


Vakansiya haqqında

Son tarix

mart 17, 2025

Paylaşılıb

fevral 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə